• $
  • €
  • ₽
  • ₺
  • £

" Ermənilərin Gədəbəy ərazisinə müdaxiləsi mümkün deyil"

" Ermənilərin Gədəbəy ərazisinə müdaxiləsi mümkün deyil"
09.08.2014 09:48
Ermənistan Silahlı Qüvvələrinin ağır hərbi texnikasının Gədəbəy ərazisinə müdaxiləsi mümkün deyil. Çünki onların bütün müdaxilə yollarının qarşısı müxtəlif vasitələrlə alınıb.Bunu Trend-in Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttinə ezam olunmuş əməkdaşına Azərbaycan Silahlı Qüvvələri Şəmkir Hərbi Birləşməsinin yüksək vəzifəli zabiti deyib.Azərbaycan Ordusunun yüksək rütbəli zabitinin bildirdiyinə görə, Gədəbəy rayonu Ermənistan ərazisindən ara-sıra atəşə tutulsa da, cəbhənin digər hissələrinə nisbətən burada vəziyyət fərqlidir: "Belə ki, Ermənistan Silahlı Qüvvələri Ermənistan ərazisindəki yüksəkliklərdən Azərbaycan tərəfini atəşə tutarkən yaşayış massivləri və mülki əhali üçün ciddi təhlükə yaranmır. Lakin Azərbaycan Silahlı Qüvvələrinə məxsus bölmələrin yerləşdiyi elə mövqelər var ki, arsenalımızda olan silahlardan atəş açılarsa, Ermənistanın bəzi yaşayış obyektləri, xüsusən də Krasnoselsk rayonunda yerləşən yaşayış massivləri avtomatik olaraq hədəfə çevrilə bilər".Hərbçimizin sözlərinə görə, elə hallar olur ki, ermənilər Azərbaycan Ordusunun cəbhənin Gədəbəy istiqamətindəki mövqelərini atəşə tuturlar. Lakin onlara cavab atəşi açıldıqdan dərhal sonra susmalı olurlar. Bundan əlavə, Gədəbəy xalqla ordu arasında birliyin ən sıx olduğu rayonlardan biridir: "Gədəbəydə yerli sakinlər ordumuza çox inanır və dəstək olur. Burada heç kəs düşmənin heç bir həmləsindən zərrə qədər də qorxmur. Təsadüfi deyil ki, ermənilər gədəbəyin bir qarış torpağını belə işğal edə bilməyiblər".ANN.Az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol