• $
  • €
  • ₽
  • ₺
  • £

Baş nazirdən yeni QƏRAR

Baş nazirdən yeni QƏRAR
30.12.2019 16:57
Nazirlər Kabinetinin "Azərbaycan Respublikasının vahid büdcə təsnifatının təsdiq edilməsi barədə” 2018-ci il 11 oktyabr tarixli qərarında dəyişiklik edilib.
Oxu.Az-ın məlumatına görə, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərarla "Digər beynəlxalq fəaliyyət” paraqrafında "1.2.1-1.2.4-cü paraqraflara aid edilməyən və mahiyyət etibarilə beynəlxalq əməkdaşlıq hesab edilən digər beynəlxalq fəaliyyətlə bağlı” sözləri "1.2.1-1.2.4-cü paraqraflarına aid edilməyən beynəlxalq fəaliyyətlə bağlı digər” sözləri ilə əvəz edilib.

Əvvəlki qərarda göstərilirdi ki, dövlət büdcəsindən maliyyələşən təşkilatlar tərəfindən ölkə daxilində və xaricdə beynəlxalq səviyyəli tədbirlərin (forum, konfrans, seminar, simpozium, sərgi, yarmarka və s.) təşkili, xaricdə Azərbaycanın tanıdılması fəaliyyəti ilə bağlı xərclər və bu təsnifatın 1.2.1-1.2.4-cü paraqraflara aid edilməyən və mahiyyət etibarilə beynəlxalq əməkdaşlıq hesab edilən digər beynəlxalq fəaliyyətlə bağlı xərclər daxildir.

Eyni zamanda əvvəlki qərarla təsdiq edilmiş  "Azərbaycan Respublikasının büdcə xərclərinin iqtisadi təsnifatı” üzrə 211200-cü paraqrafda "Ştatdankənar işçilərin əməkhaqqı” sözləri "Ştatdankənar işçilərin əməkhaqqı (ştatdankənar şəxslərə ödənilən haqq)” sözləri ilə əvəzlənib.

Paraqraf təşkilatların daimi ştatında olmayan və mülki-hüquqi müqavilə əsasında işlərin yerinə yetirilməsi üçün cəlb olunan şəxslərə hesablanmış əməkhaqlarının ödənişi ilə bağlı xərclərə aiddir.

Qərarda bildirilir ki, "Əməyin ödənişi ilə bağlı digər pul ödənişləri” paraqrafında "hakimlərə səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı vergilərdən azad olunan aylıq pul təminatı” sözləri "səlahiyyətlərin icrası ilə bağlı aylıq əlavə pul təminatı” sözləri ilə əvəz edilsin.

Əvvəlki qərarda yazılırdı ki, "Əməyin ödənişi ilə bağlı digər pul ödənişləri” paraqrafına işçilərə, hərbi qulluqçulara (xüsusi rütbəsi olan əməkdaşlara) verilən mükafatlar, maddi yardımlar, dövlət orqanlarında çalışan işçilərə verilən bütün növ müavinətlər hakimlərə səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı vergilərdən azad olunan aylıq pul təminatı ilə bağlı xərclər daxildir.

Hazırki qərarla isə aylıq pul təminatı aylıq əlavə pul təminatı ilə əvəzlənib.



www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Siyasət 17:47
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Siyasət 16:30
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Siyasət 12:26
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Siyasət 19:56
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol