Erməni nazir: "Azərbaycan sakitləşməyəcək"

"Azərbaycan tərəfi 9 Avqust görüşündən sonra da sakitləşməyəcək" - bu açıqlamanı bu gün Nazirlər Komitəsinin iclasında Ermənistanın müdafiə naziri Seyran Ohanyan verib.ANN.Az "news.am" saytına istinadən xəbər verir ki, təmas xəttində baş verən hadisələrə və tökülən insan qanına görə günahkarın yalnız Azərbaycan tərəfi olduğunu deyib. Nazir Ohanyan eyni zamanda rəsmi Bakını yalançılıqda ittiham edib: "Onlar öz-özlərinin qurbanına çevriliblər. İllərlə xalqı yeniləməz ordusunun varlığı ilə qandırırlar". O, atəşkəs rejimin pozulması təqdirdə Azərbaycan tərəfinin hər bir addımlarına qarşılıq verəcəklərini vurğulayıb. Nazir: "Onların 9 Avqust (Soçidə Sarkisyan-Əliyev görüşü nəzərdə tutulur - red.) görüşündən sonra da sakitləşəklərini zənn etmirəm. Amma Ermənistan Silahlı Qüvvələri önünə qoyduqları məsələləri icra etməyə hazırdır".
ANN.Az
Son xəbərlər 
Daha çox 























