• $
  • €
  • ₽
  • ₺
  • £

İcra başçısının Lənkərandakı mülki ilə bağlı xəbərlərə - AÇIQLAMASI

İcra başçısının Lənkərandakı mülki ilə bağlı xəbərlərə - AÇIQLAMASI
29.05.2020 06:05
 Lənkəran ŞİH başçısı Taleh Qaraşovun və bacısının Bakı şəhərinin Xətai rayonunda Həzi Aslanov qəsəbəsində hansısa villaları, bahalı maşınları olduğu barədə internet saytlarında yayılmış informasiya ilə bağlı bildiririk ki, qeyd olunanlar həqiqətdən tamamilə uzaq fikirlərdir.
 
Anews.az xəbər verir ki, Lənkəran rayon icra hakimiyyətindən bildiriblər ki, belə ki, informasiyada şəkli əks olunmuş ev Taleh Qaraşova məxsus deyil. Eyni zamanda Taleh Qaraşovun bacılarının heç biri Bakı şəhərində yaşamır və heç birinin göstərilən ərazidə evi yoxdur. İcra başçısının oğlu Vüsal Qaraşov isə uzun illər polis orqanlarında nümunəvi xidmət göstərib və başqa sahədə çalışmağı qərara aldığından öz ərizəsi ilə işdən azad olunmuşdur.
 
Taleh Qaraşovun guya hansısa bahalı maşınlarını satması barədə fikirlər də doğru deyil. İcra başçısının guya bir sıra gizli işlərini müavinin əli ilə görməsi, adlarında çoxlu mülk və obyektlərin olması barədə əvvəllər də sosial şəbəkələrdə təkrar-təkrar yayımlanmış eyni məzmunlu böhtan xarakterli informasiyalara vaxtında rəsmi cavablar verilmiş və qəti şəkildə təkzib olunmuşdur.
 
İnformasiya resurslarının rəhbərləri hər hansı informasaiyanı yaymamışdan əvvəl qarşı tərəfin mövqeyini öyrənməklə göstərilən faktları bir daha dəqiqləşdirsələr yaxşı olar.

--------
 
Bu gördüyünüz təmtəraqlı ev Lənkəran rayonunun icra başçısı Taleh Qaraşova məxsusdur. Xətai rayonunda Həzi Aslanov qəsəbəsində yerləşir. Bu villanın qonşuluğunda başçının bacısına məxsus başqa bir villa da yerləşir.

Son həftəyə qədər bu villanın qapısından hər gün 3-4 dənə bahalı avtomobil çıxırdı. DTX-nın müxtəlif rayonlarda və dövlət qurumlarında keçirdikləri əməliyyatlardan dərhal sonra bir çox məmurlar əl-ayağa düşdülər, özlərinə, hərəkətlərinə əl gəzdirdilər. Elə həmin əməliyyatlardan sonra Taleh Qaraşovun qapısından da o bahalı avtomobillər çıxmaz olub. İndi onun özü xidməti BMW avtomobilində, ailə üzvləri isə taksidə gəzməyə başlayıblar. İcra başçısı ilə eyni küçədə yaşayan qonşuların dediyinə görə, başçının bahalı avtomobilləri satılıb.


Müxtəlif xəbər saytlarında Lənkəran icra başçısının adı qəribə qalmaqallarla səslənib. Jurnalist Cavanşir Həsənli yazıb ki, icra başçısının oğlu Vüsal Qaraşov Yasamal rayon Polis İdarəsi 29-cu Polis Bölməsinin rəisi vəzifəsində çalışıb.Bir ildən çoxdur polis orqanlarından qovulub. Sosial şəbəkə istifadəçiləri bölmə rəisi işlədiuyi vaxt Vüsal Qaraşovun insanlara əziyyət verdiyini qeyd ediblər.

Mart ayında isə Lənkəranın icra başçısı Taleh Qaraşov və onun müavini Rəsilə Əliyeva haqqında sensasiyalı video-müraciət yayılıb. Video müraciətdə Taleh Qaraşovun öz gizli işlərini Rəsilə Əlievanın əli ilə gördüyü, Rəsilə Əliyevanın adında isə çoxlu saytda bahalı mülk və obyektlərin olduğu bildirilib.Bizimyol.info
www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol