• $
  • €
  • ₽
  • ₺
  • £

Oqtay Əsədovun xanımı Nyu-Yorkda 2 milyonluq ev almaq istəyib, amma...

Oqtay Əsədovun xanımı Nyu-Yorkda 2 milyonluq ev almaq istəyib, amma...
23.06.2020 17:04
Milli Məclisin keçmiş spikeri Oqtay Əsədovun həyat yoldaşı Zemfira Əsədova 2009-cu ilin martında Nyu-Yorkun Linkoln meydanı ətrafında (Adagio Condominium) dəyəri 1.825.000 dollar olan ikiotaqlı mənzili (2017-ci ildə mənzilin bazar qiyməti 3.5 milyon dollara qədər artıb) almaq barədə Douglas Elliman Real Estate əmlak şirkəti ilə razılaşma əldə edib. 

Bu barədə məlumatı jurnalist Cavanşir Həsənli yayıb.

Müqaviləyə görə, Oqtay Əsədovun Bakı şəhəri, Xəqani küçəsi 25-də qeydiyyatda olan xanımı Zemfira Adil qızı Əsədova məbləğin ilkin 182.500 dollarını onu imzalayarkən, qalan 1.642.500 dollarını isə əmlakın alıcının adına keçirilməsindən sonra ödəməli idi. Vəsait JPMorgan Chase Bank üzərindən Belkin Burden Wenig & Goldman, LLP-nin hesabına ödəniləcəkdi.

Lakin müqavilə hazırlansa da bəlli olmayan səbəblərdən Əsədovlar mənzili son anda almaqdan imtina ediblər və mənzil həmin ilin avqustunda həmin qiymətə başqa bir şəxsə satılıb.

Bununla belə Əsədovlar ölkə xaricində bahalı mülk almaq sevdasından vaz keçməyiblər və bir müddət sonra keçmiş spikerin ailəsi bu istəklərini Türkiyədə reallaşdırıb.(yeniavaz.com)

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol