İcra Hakimiyyətinin şöbə müdiri belə həbs edildi - Foto

Abşeron Rayon İcra Hakimiyyəti Memarlıq və tikinti şöbəsinin müdiri (baş memar) Akif Əliyev həbs edilib.
Baş Prokurorluğun yaydığı məlumatda qeyd edilir ki, Akif Əliyev Cinayət Məcəlləsinin 311.2-ci (rüşvət alma) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilib və Binəqədi rayon məhkəməsinin qərarı ilə barəsində 4 ay müddətə həbs qətimkan tədbiri seçilib.

www.anews.az
Son xəbərlər 
Daha çox 























