• $
  • €
  • ₽
  • ₺
  • £

Parlament komitəsinin növbəti onlayn iclası keçirildi

Parlament komitəsinin növbəti onlayn iclası keçirildi
24.06.2020 14:59
İyunun 23-də Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin növbəti onlayn iclası keçirilib.

Anews.az xəbər verir ki, iclası aparan Milli Məclis Sədrinin müavini, İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fəzail İbrahimli deputatlara məlumat verib ki, gündəliyə birinci oxunuşda 3 məsələ daxil edilib və həmin qanun layihələri parlamentə bir zərfdə təqdim olunub:

""Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” qanuna təklif edilən dəyişikliklər rəqəmsal texnologiyanın inkişafı nəticəsində elektron xidmətlərdən istifadənin daha da genişləndirilməsi məqsədini daşıyır. Həmçinin "Elektron imza və elektron sənəd haqqında” qanuna uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının elektron sistemindən istifadə zamanı sənədlərin əldə edilməsinin asanlaşdırılmasını nəzərdə tutur. Bunlarla əlaqədar yeni layihədə qanunun 9-cu maddəsinə 9.2-3-cü və 9.2-4-cü maddələr əlavə olunur”.

Komitə sədri vurğulayıb ki, "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” qanunda bu dəyişikliklərin edilməsi "Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” qanuna da müvafiq dəyişikliklər edilməsi zərurətini yaradır: "Beləliklə, qanunvericiliyin uyğunlaşdırılması baxımından "Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” qanuna 16.2-1, 16.2-2 və 24-3-cü maddələr əlavə olunur. Həmin maddələr təsis sənədləri ilə bağlı qeydiyyat və digər müraciətlərin (qrant müqavilələri, ianələr üzrə məlumatların təqdim edilməsi və s.) elektron qaydada aparılmasının mümkünlüyünü müəyyənləşdirir, habelə dövlət qeydiyyatının gücləndirilmiş elektron imzadan istifadə etməklə elektron məlumat sistemi vasitəsilə aparılmasını nəzərdə tutur”.

Onlayn iclasda gündəlikdəki 3-cü məsələni şərh edən vitse-spiker Fəzail İbrahimli bildirib ki, "Qrant haqqında” qanunda edilən dəyişiklik də uyğunlaşdırma xarakteri daşıyır, QHT-lərin bağladığı qrant müqavilələrinin qeydə alınmasının elektron məlumat sistemi vasitəsilə həyata keçirilməsi üçün hüquqi əsaslar yaradır.

Sonra onlayn iclasda müzakirələr aparılıb. Komitə üzvləri Azər Badamov, Sevinc Fətəliyeva, Malik Həsənov, Anar İsgəndərov, Ceyhun Məmmədov və Cavanşir Paşazadə rəy və təkliflərini bildiriblər.

Yekunda gündəlikdəki qanun layihələri Milli Məclisin plenar iclasına tövsiyə olunub.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Əli Məsimli: 1,7%-lik artımla 2030-cu ilədək beş prioriteti həyata keçirə biləcəyikmi?
Siyasət 12:55
Əli Məsimli: 1,7%-lik artımla 2030-cu ilədək beş prioriteti həyata keçirə biləcəyikmi?
Hesablama Palatası: 2027-ci ildə dövlət büdcəsinin kəsiri artacaq
Siyasət 12:31
Hesablama Palatası: 2027-ci ildə dövlət büdcəsinin kəsiri artacaq
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
İqtisadiyyat 12:26
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol