• $
  • €
  • ₽
  • ₺
  • £

Baş konsul N.Ağayev Amerika Yəhudi Komitəsinin üzvləri ilə görüşüb

Baş konsul N.Ağayev Amerika Yəhudi Komitəsinin üzvləri ilə görüşüb
13.08.2020 10:12
ABŞ-ın və dünyanın ən nüfuzlu yəhudi təşkilatlarından olan Amerika Yəhudi Komitəsinin (AYK) Los Anceles nümayəndəliyinin dəvəti ilə Azərbaycanın Los Ancelesdəki baş konsulu və Los Anceles Konsulluq Korpusunun duayeni (sədri) Nəsimi Ağayev 11 avqust 2020-ci il tarixində həmin təşkilatın rəhbər şəxsləri, eləcə də onun gənclər qanadı olan ACCESS-in üzvləri ilə keçirilən video-konfransda Azərbaycana dair təqdimatla çıxış edib.

Baş konsul çıxışında ölkəmizin müstəqillik tarixi haqqında ətraflı məlumat verərək, 1918-ci ildə Azərbaycan xalqının tariximizin ilk respublikası olan Azərbaycan Demokratik Respublikasını (ADR) yaratdığını və bu respublikanın müsəlman dünyasında ilk dünyəvi və demokratik dövlət, eləcə də qadınlara səsvermə hüququ verən ilk müsəlman ölkəsi kimi tarixə düşdüyünü qeyd edib.

Azərbaycanda mövcud olan dinlərarası harmoniya, qədim tolerantlıq və multikulturalizm ənənələri haqda ətraflı məlumat verən N.Ağayev əhalisinin əksəriyyəti müsəlman olan ölkəmizdə İslam dini ilə yanaşı, xristian, yəhudi və digər dinlərə mənsub insanların qarşılıqlı anlaşma, mehriban qonşuluq və əmin-amanlıq şəraitində yaşadıqlarını diqqətə çatdırıb.

Baş konsul Azərbaycanın İsrail, eləcə də AYK ilə müxtəlif sahələrdə uğurlu əməkdaşlıq əlaqələrinin mövcud olduğunu və bu əlaqələrin yüksək səviyyəli qarşılıqlı səfərlərin həyata keçirilməsi ilə ilbəil daha da genişləndiyini bildirib.

Daha sonra N.Ağayev Ermənistan-Azərbaycan münaqişəsi, Ermənistanın ölkəmizə qarşı həyata keçirdiyi işğalçılıq və etnik təmizləmə siyasəti, Ermənistanın ən son hərbi təxribatı, habelə 21 iyul tarixində Los Ancelesdə radikal ermənilərin Azərbaycan icmasının üzvlərinə qarşı həyata keçirdiyi zorakılıqla bağlı ətraflı məlumat verib. O, AYK-nin həmin hadisədən dərhal sonra bu vəhşilikləri qətiyyətlə pisləməsini yüksək qiymətləndirdiyimizi, bunun Azərbaycan və yəhudi xalqlarının tarixən həm xoş, həm də çətin günlərdə daima bir-birilə göstərdiyi həmrəyliyə gözəl bir nümunə olduğunu vurğulayıb.

Təqdimatdan sonra baş konsul iştirakçıların suallarını cavablandırıb.



www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Deputat biznes kreditlərinin iri şirkətlərdə cəmləşməsini tənqid edib
Siyasət 13:15
Deputat biznes kreditlərinin iri şirkətlərdə cəmləşməsini tənqid edib
Əli Məsimli 2027-ci ildə ÜDM-in 2,7%-lik artım proqnozunu sual altına alıb
Siyasət 12:55
Əli Məsimli 2027-ci ildə ÜDM-in 2,7%-lik artım proqnozunu sual altına alıb
Hesablama Palatası: 2027-ci ildə dövlət büdcəsinin kəsiri artacaq
Siyasət 12:31
Hesablama Palatası: 2027-ci ildə dövlət büdcəsinin kəsiri artacaq
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
İqtisadiyyat 12:26
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol