• $
  • €
  • ₽
  • ₺
  • £

Rusiyanın Xarici İşlər naziri Tovuz döyüşləri ilə bağlı danışıb

Rusiyanın Xarici İşlər naziri Tovuz döyüşləri ilə bağlı danışıb
21.08.2020 13:09
Rusiyanın "Trud” qəzetinə müsahibə verən Xarici İşlər naziri Sergey Lavrov iyul ayında Azərbaycan-Ermənistan sərhədində baş verən döyüşlərlə bağlı danışıb.

Anews.az xəbər verir ki, jurnalistin döyüşlərlə bağlı sualını cavablandıran XİN rəhbəri yaranmış vəziyyətə görə Ermənistanı günahlandırıb.

Belə ki, nazir jurnalistin "Azərbaycan - Ermənistan sərhədində növbəti şiddətlənmənin arxasında nə dayanır və onun genişmiqyaslı hərbi münaqişəyə çevrilmə ehtimalı nə qədərdir?” sualına cavab olaraq deyib: "Bu döyüşlərin arxasında bir sıra kompleks səbəblər dayanır. Əsası, şübhəsiz ki, həll olunmamış Qarabağ problemidir. Üstəlik, sərhədin hər iki tərəfindəki ictimai məkanın qeyri-adi dərəcədə istiləşməsi. Coğrafi amil də bir növ təhrikedici rol oynadı: Ermənistan tərəfinin Azərbaycanın ixrac boru kəmərlərindən 15 kilometr məsafədə yerləşən köhnə sərhədyanı Nəzarət Keçid Məntəqəsini reanimasiya etmək qərarı bir tərəfdə yüksək narahatlıq yaratdı, digər tərəfin (Ermənistan - red.) qeyri-adekvat reaksiyası nəticədə ən gözlənilməz nəticələrə yol açdı”.

Lavrov qeyd edib ki, vəziyyəti sabitləşdirmək üçün iyulun 13-də Rusiya Xarici İşlər Nazirliyi tərəfləri dərhal atəşkəsə çağırıb, həmçinin Azərbaycan və Ermənistandakı həmkarları ilə telefon danışığı aparıb və Rusiyada hər iki olkənin diaspor təşkilatlarının nümayəndələri ilə görüşüb.

O bildirib ki, Rusiya Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı danışıqlar prosesinin vaxtından əvvəl bərpa olunacağını gözləyir.

"Biz bu barədə ATƏT-in Minsk Qrupundakı tərəfdaşlarımızla birlikdə işləyirik”, - deyə Lavrov qeyd edib.



www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Deputat biznes kreditlərinin iri şirkətlərdə cəmləşməsini tənqid edib
Siyasət 13:15
Deputat biznes kreditlərinin iri şirkətlərdə cəmləşməsini tənqid edib
Əli Məsimli 2027-ci ildə ÜDM-in 2,7%-lik artım proqnozunu sual altına alıb
Siyasət 12:55
Əli Məsimli 2027-ci ildə ÜDM-in 2,7%-lik artım proqnozunu sual altına alıb
Hesablama Palatası: 2027-ci ildə dövlət büdcəsinin kəsiri artacaq
Siyasət 12:31
Hesablama Palatası: 2027-ci ildə dövlət büdcəsinin kəsiri artacaq
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
İqtisadiyyat 12:26
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol