Prezident Azərbaycan və Gürcüstan arasında əməkdaşlıq səviyyəsindən danışıb

"Bəli, əlbəttə ki, sülh regiondakı vəziyyəti tamamilə dəyişəcək. Üç Qafqaz ölkəsinin əməkdaşlıq edəcəyi vaxtı görməyi ümid edirəm. İndi məsələn, Azərbaycan və Gürcüstan arasında əməkdaşlıq səviyyəsi çox yüksəkdir. Biz strateji tərəfdaşıq və bizim Gürcüstanın hazırkı hökuməti ilə mükəmməl əlaqələrimiz var. Biz bir-birimizi dəstəkləyirik, biz yaxşı qonşu və dostuq".
Anews.az xəbər verir ki, Prezident İlham Əliyev bu fikirləri Yaponiyanın "Nikkei” qəzetinə müsahibəsində deyib.
www.anews.az
Son xəbərlər 
Daha çox 























