• $
  • €
  • ₽
  • ₺
  • £

"Dağlıq Qarabağ münaqişəsinin qaynar fazasından çıxırıq" - Lavrov

"Dağlıq Qarabağ münaqişəsinin qaynar fazasından çıxırıq" - Lavrov
07.12.2020 15:24
"Biz indi-indi Dağlıq Qarabağ münaqişəsinin qaynar fazasından çıxırıq. Rusiya, Azərbaycan və Ermənistan dövlət başçılarının imzaladığı 10 noyabr bəyanatının əhəmiyyətini hamı etiraf etmək məcburiyyətindədir, hansı ki, müharibəni dayandırıb”.

Anews.az-ın verdiyi məlumata görə, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov erməni həmkarı Ara Ayvazyanla keçirdiyi görüşdə bildirib.

O bu bəyanatın qaçqınların öz evlərinə qayıtmasını təmin etdiyini söyləyib: "Biz iqtisadiyyatın bərpa olunması ilə bağlı razılıq, humanitar problemlərin həlli, kommunikasiya və nəqliyyatın bərpa olunmasına dair razılıqlarla Cənubi Qafqazın ziddiyyətlər regionundan sabitlik və çiçəklənən regiona çevrilməsinə real şərait yarada bilərik. Bu regionda yaşayan xalqların maraqları naminə bu istiqamətdə hərəkət etmək üçün hər cür dəstəyi göstərəcəyik. Rusiya sülhməramlıları cavabdeh olduqları zonada yerli əhali ilə fəal əməkdaşlıq edir. Onlar qaçqınların qayıtmasına, ərazilərin minalardan təmizlənməsinə köməklik göstərir, Dağlıq Qarabağın sakinlərinə tibbi yardım edirlər. Azərbaycan və Ermənistan tərəfi ilə sıx təmasda humanitar yardım mərkəzi yaradılır. Biz regionda dinc həyatın bərpa olunması üçün resurslarını, təcrübəsini, potensialını istifadə etməyə hazır olan beynəlxalq təşkilatların fəaliyyətlərini hər cür dəstəkləyirik. Xüsusilə də Rusiya rəhbərliyi Beynəlxalq Qırmızı Xaç Komitəsinin büdcəsinə əlavə birdəfəlik könüllü köçürmə edilməsi haqqında qərar verib”.


Rusiya XİN başçısının sözlərinə görə, ən vacib məsələlərdən biri hərbi əsirlərin dəyişdirilməsidir: "Sülhməramlılarımız vasitəsilə hərbi əsirlərin mübadiləsinin tezliklə baş tutmasına hər cür yardımı göstərəcəyik. Bu mövzunun əsirlikdə olanların doğmaları, dostları üçün nə qədər acı olduğunu bilirik. Həlak olanların cəsədlərinin mübadiləsi də problemin emosional hissəsidir, bunun da tezliklə həll olunması vacibdir”.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol