• $
  • €
  • ₽
  • ₺
  • £

Paradla bağlı hər kəsi maraqlandıran suallara cavab

Paradla bağlı hər kəsi maraqlandıran suallara cavab
10.12.2020 09:24
"Paradda ilkin olaraq, meydana Azərbaycan Respublikasının Dövlət Bayrağı gətiriləcək. Daha sonra Şuşaya sancılan Zəfər Bayrağı meydanda olacaq”,  bunu Modern.az-a müsahibəsində Azadlıq meydanında keçiriləcək Zəfər paradının aparıcısı, polkovnik Abdulla Qurbani bildirib.
A.Qurbani Şuşaya sancılan bayrağın meydana Zaur Məmmədov tərəfindən gətiriləcəyini deyib:

"Bayrağı meydana Şuşanın alınmasında, hərbi əməliyyatların keçirilməsində müstəsna xidmətləri olan, möhtərəm Prezidentimizin sərəncamı ilə "general-mayor” ali hərbi rütbəsinə, bir az öncə "Vətən Müharibəsi Qəhrəmanı” fəxri adına layiq görülən, Qarabağ xanlığının, Şuşa qalasının əsasını qoymuş, Pənahəli xan Cavanşirin nəslindən olan və Şuşa azad olunandan sonra şəhərin ilk komendatı təyin edilən Zaur Məmmədov gətirəcək.

"Zəfər paradı”nda həm də bu döyüşlərdə xüsusilə fərqlənən 20-yə yaxın hərbi hissənin döyüş bayraqları nümayiş olunacaq”.

Polkovnikin sözlərinə görə, Türkiyədən gəlmiş 200-ə yaxın mehmetcik də Azərbaycan əsgərinin sevincinə qoşulacaq, paradda Türkiyənin bayrağı ilə irəliləyəcək.

Abdulla Qurbani  paradı canlı izləmək istəyən vətəndaşlara icazə verilib-verilməyəcəyinə də aydınlıq gətirib:

"Rəsmi qonaqlar, diplomatik korpusların nümayəndələri meydandakı sektorlarda olacaqlar. Bu baxımdan hər cəhətdən ehtiyatlı olmaq lazımdır. Biz erməni kimi virusa qalib gəlmişiksə, koronavirusa da birlikdə qalib gələcəyik. Amma "Azneft” meydanına qədər hər kəs paradı izləyə biləcək. Doğrudur, bu sevinci hamı yaşamaq istəyir, amma yaxşı olar ki, pandemiya ilə əlaqədar vətəndaşlarımız paradı televiziyadan izləsinlər. Sabah (bu gün-red) çox möhtəşəm gün olacaq. Onu da deyim ki, parad boyunca Hərbi Dəniz Qüvvələrinin və Sərhəd Xidmətinin Sahil Mühafizəsinin döyüş gəmiləri, katerləri də parad getdiyi anlarda Xəzərin sahil sularında sıralanacaqlar”.






www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol