• $
  • €
  • ₽
  • ₺
  • £

Ərdoğandan Əliyev və Putinlə razılaşmaları ilə bağlı açıqlama

Ərdoğandan Əliyev və Putinlə razılaşmaları ilə bağlı açıqlama
11.12.2020 14:21
"Azərbaycana tarixi səfər etdik. Qarabağ zəfəri Türkiyə ilə Azərbaycan münasibətlərinin tarixində dönüş nöqtəsi oldu”.


Anews.az-ın "Hürriyət”ə istinadən xəbərinə görə, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bakı səfərindən qayıdarkən jurnalistlərin suallarına cavabında bildirib.


Ərdoğan Qarabağın zəfəri ilə nəticələnən 44 günlük mübarizə ərzində Türkiyənin anbaan Azərbaycanın yanında olduğunu bir daha bəyan edib:


"Prosesi şəxsən özüm tez-tez izləmişəm. Başda xarici işlər naziri, milli müdafiə naziri və Milli Kəşfiyyat Təşkilatının başçısı olmaqla bütün dostlarım mütəmadi əlaqədə idilər. Bundan əlavə, digər heyətlərimizin oraya gediş və gəlişləri ilə prosesi yaxından izlədik. Qardaşım İlham Əliyevlə daim telefon danışıqlarımız oldu. Dostlarımız davamlı olaraq cəbhədə və masada mübarizə apardılar. Bu 44 günün pərdə arxasının yazılacağına əminəm. Zaman bunun ciddi şahidi olacaqdır”, - deyə Ərdoğan sözlərinə əlavə edib.


Ərdoğan Qarabağ zəfəri ilə Qafqaz tarixinin yeni bir səhifəsinin açılmasına diqqət çəkib:


"İnanıram ki, bundan sonra bölgənin tarixi yeni bir istiqamətdə formalaşacaq. Üzərində çalışdığımız altılı platforma hər kəs üçün qazanc qazanma imkanları təmin edəcək bir təşəbbüsdür. Ermənistan da bu prosesə qatılıb müsbət addımlar atarsa, Türkiyə-Ermənistan münasibətlərində yeni bir səhifə açıla bilər. Yeni imkanlar yarandığı təqdirdə, şübhəsiz ki, Ermənistanın qazancı burada xeyli artacaq. Bundan ən çox qazanan Ermənistan olacaq”.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol