• $
  • €
  • ₽
  • ₺
  • £

Prezident Azərbaycanda səhralaşmaya qarşı mübarizə ilə bağlı sərəncam imzalayıb

Prezident Azərbaycanda səhralaşmaya qarşı mübarizə ilə bağlı sərəncam imzalayıb
11.12.2020 21:33
"Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020–2022-ci illər üçün Tədbirlər Planı”nda dəyişiklik edilib.

Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.
Sərəncama əsasən, Azərbaycanda torpaqların meliorativ vəziyyətinin yaxşılaşdırılması və deqradasiyasına, səhralaşmasına qarşı mübarizə aparılacaq.

Tədbirlər planına meliorativ vəziyyətinin yaxşılaşdırılması həyata keçirilən suvarılan torpaq sahələrinin xəritələşdirilməsi, məlumat bazasının formalaşdırılması, "Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi”nə (EKTİS) inteqrasiyası, mütəmadi monitorinqinin təşkili, yaxşılaşdırma tədbirlərinin effektivliyinin yoxlanılması və dayanıqlı inkişaf təcrübəsi metodlarının torpaq istifadəçilərinə öyrədilməsi ilə bağlı məsələlər daxil edilib. Bu tədbirlərin həyata keçirilməsi ilə bağlı işlər isə "Azmelsutəsərrüfat” ASC, Kənd Təsərrüfatı Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, "Azərkosmos” ASC, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə tapşırılıb.

Eyni zamanda "Azmelsutəsərrüfat” ASC, Kənd Təsərrüfatı Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, "Azərkosmos” ASC-nin icraçılığı ilə mütəmadi olaraq suvarılan torpaqların deqradasiyasına (şorlaşma, şorakətləşmə, eroziya, bataqlıqlaşma və s.) qarşı mübarizə məqsədilə yaxşılaşdırma tədbirləri həyata keçiriləcək.

Sərəncama əsasən, iqlim dəyişikliyinə həssas, səhralaşma əlamətləri müşahidə olunan riskli ərazilərin müəyyən edilərək məlumat bazası yaradılacaq, xəritələşdiriləcək və EKTİS-ə inteqrasiya ediləcək. Bununla bağlı icraçı qurum kimi Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, "Azmelsutəsərrüfat” ASC, Azərbaycan Milli Elmlər Akademiyası, "Azərkosmos” ASC, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi müəyyənləşib.

Həmçinin Kənd Təsərrüfatı Nazirliyi, "Azmelsutəsərrüfat” ASC, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyasına mütəmadi olaraq səhralaşma prosesinin qarşısının alınması məqsədilə tədbirlərin (meliorasiya və irriqasiya sistemlərinin qurulması, adaptasiya olunan bitki növlərinə üstünlük və əkin subsidiyası verilməsi, innovativ həllərin tətbiqi və s.) həyata keçirilməsi həvalə olunub

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol