• $
  • €
  • ₽
  • ₺
  • £

“Tərəflər özləri Rusiyanın vasitəçiliyini seçiblər” - Lavrov

“Tərəflər özləri Rusiyanın vasitəçiliyini seçiblər” - Lavrov
12.12.2020 13:35
"Dağlıq Qarabağdakı münaqişənin Azərbaycan-Ermənistan-Rusiya formatında həllinə İranın maraqlarından yan keçməklə nail olunmayıb”.

Anews.az-ın "TASS” agentliyinə istinadən məlumatına görə, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov İran Dövlət Televiziyası və Radiosuna müsahibəsində bildirib.

Lavrov qeyd edib ki, münaqişə tərəflərinin özləri Rusiyanın vasitəçiliyində maraqlı olublar:

"İndi münaqişənin həllinə kimin, nə vaxt kömək edə bildiyini və ya edə bilmədiyini düşünməməliyik. Bir daha vurğulayım ki, formatın seçimi Azərbaycan və Ermənistana məxsusdur. Yalnız bu, bəyanatdakı iştirakçıların tərkibini müəyyənləşdirib. Bunu İranın hesabına və ya Türkiyənin hesabına etmək cəhdləri olmadı və ola da bilməzdi”.

Lavrov İranın narahatlığını başa düşdüyünü sözlərinə əlavə edib: "Çünki Azərbaycan və Ermənistan arasındakı münasibətlərin normallaşması İranın tranzit maraqlarına təsir göstərəcək, xüsusilə də bu maraqlar ABŞ-ın İrana qarşı sanksiyaları tətbiq etdiyi bir vaxtda daha da güclənib.

Rusiya XİN rəhbərinin fikrincə, uzun illərdir hamının təsdiq etdiyi əsas prinsipdən imtina etmək mümkün deyil. Belə ki, münaqişənin nəticəsi bütün bölgədəki münasibətlərin normallaşması olmalıdır.

"Hamımız yan-yana yaşayırıq və indi Zaqafqaziya ölkələri arasındakı problemlərin aradan qaldırılması zamanı qonşular olaraq bu prosesə kömək etməliyik”, - deyə nazir vurğulayıb

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol