• $
  • €
  • ₽
  • ₺
  • £

XİN-dən Ermənistana cavab: “Hesabını verəcəklər”

XİN-dən Ermənistana cavab: “Hesabını verəcəklər”
07.06.2014 15:00
“Bir işğalçı ölkənin mövqeyinin Şavarş Köçəryan kimi qeyri-adekvat və məntiqsiz bir insana həvalə edilməsi Ermənistanın hazırda nə vəziyyətdə olduğunu bir daha göstərir”. Bu sözləri Axar.az-a Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Elman Abdullayev Ermənistan Xarici İşlər nazirinin müavini Şavarş Köçəryanın prezidentlərin görüşü haqqında fikirlərinə cavab olaraq verdiyi açıqlamasında deyib. O, Ermənistan rəhbərliyinin bir gün öz xalqı qarşısında cavab verəcəyini bildirib:“Birincisi, təxribatçı Ermənistan və onun rəhbərliyidir. 20 ildən artıq bir müddətdə Azərbaycanın ərazisini işğal altında saxlamaq hansı dəyərlərlə əsaslandırıla bilər?! Azərbaycanlılara qarşı törədilmiş etnik təmizləmə, vəhşiliklər isə insanlığa qarşı cinayətdən başqa heç cür qiymətləndirmək mümkün deyil. Bunu beynəlxalq ictimaiyyət də bilir. Başa düşürəm ki, Ermənistan rəhbərliyi aciz durumdadır. Beynəlxalq ictimaiyyət onu işğalçı kimi tanıyır. Qətnamələr və qərarlar var. Bir işğalçı ölkənin Şavarş Köçəryan kimi qeyri-adekvat və məntiqsiz bir insana həvalə edilməsi Ermənistanın hazırda nə vəziyyətdə olduğunu bir daha aydın göstərir. Ermənistan rəhbərliyi bir gün öz xalqına Ermənistanı niyə bu günə qoyduqlarını izah etməli və hesabat verməli olacaq”. Mətbuat Xidmətinin rəhbəri Ermənistanın öz günahını başqasının üzərinə qoymağa çalışmasını cılızlıq adlandırıb: “Biz dəfələrlə bəyan etmişik ki, Azərbaycan görüşü görüş xatirinə keçirmir. Əgər Ermənistan münaqişənin həllini uzatmaqda, status-kvonu möhkəmləndirməkdə maraqlıdırsa, Azərbaycan münaqişənin həllində əməli addımların tərəfdarıdır. Bugünkü status-kvonun qəbul edilməzliyi Minsk Qrupunun həmsədr ölkələrinin prezidentlərinin də bəyanatlarında dəfələrlə vurğulanıb və onun tezliklə dəyişdirilməsinin zəruriliyi dəfələrlə qeyd olunub. Əgər Ermənistan öz günahını başqasının üzərinə qoymağa çalışırsa, bu çox cılız görünür. Beynəlxalq ictimaiyyət üçün də yenilik deyil ki, Ermənistan münaqişənin həllini və status-kvonu uzatmaqda və eyni zamanda işğalı möhkəmləndirməkdə maraqlıdır”. Elman Abdullayev cəbhədəki bütün gərginliyin məsuliyyətinin İrəvanın üzərinə düşdüyünü bildirib: “O ki qaldı cəbhə xəttindəki gərginliyə, bunun bütün məsuliyyəti rəsmi İrəvanın üzərinə düşür. Azərbaycanın işğal olunmuş ərazilərindən öz Silahlı Qüvvələrini çıxartsınlar və gərginlik də olmasın. İnsidentlərin baş verməsinin səbəbkarı Azərbaycan torpaqlarını işğal edən Ermənistanın Silahlı Qüvvələridir. Ermənistan tərəfinin konstruktivlikdən danışmağa heç bir mənəvi haqqı yoxdur. Bir işğalçı dövlət konstruktivliyi münaqişənin həllinə dair siyasi iradənin nümayişi ilə göstərməlidir”. Qeyd edək ki, bu gün Ermənistanın Xarici İşlər nazirinin müavini Azərbaycan tərəfini Əliyevlə Sərksiyanın görüşünə mane olmaq üçün bütün vasitələrə əl atmaqda günahlandırıb.ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol