• $
  • €
  • ₽
  • ₺
  • £

Rus jurnalistlərdən Azərbaycana hörmətsizlik

Rus jurnalistlərdən Azərbaycana hörmətsizlik
04.06.2014 16:20
Rusiyanın bir neçə tanınmış idman jurnalisti Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə qanunsuz səfər ediblər.ANS TV-nin məlumatına görə, səfər Moskvada yaşayan “Avineks” şirkətinin rəhbəri, FİFA tərəfindən tanınmayan Beynəlxalq Həvəskar Futbol Assosiasiyasının təsisçisi və Qarabağ müharibəsinin iştirakçısı Armen Barxudaryanın təşəbbüsü ilə baş tutub. Onlar mayın 31-də Xankəndidə 8 yerli, 2 Moskva komandasının yarışdığı futbol turnirində iştirak edib. Moskva komandasının tərkibində Rusiyanın “NTV Plyus” telekanalının əməkdaşı, əslən Bakı ermənisi olan Nobel Arustamyan, “R-Sport” idman agentliyinin müxbiri Maksim Allanazarov, “Perest” telekanalının idman müxbiri İqor Kıtmanov, “NTV Plyus”un şərhçisi Filipp Kudryavtsev də var. Onlar Xankəndidə çəkdirdikləri şəkli sosial şəbəkələrdə yayımlayıb. Azərbaycan Xarici İşlər Nazirliyinin icazəsi olmadan Dağlıq Qarabağa istənilən səfər qeyri-qanuni hesab edilir. Bu səfərə gedən şəxslər rəsmi Bakı tərəfindən “persona-non-qrata” (arzuolunmaz şəxs) elan olunur. Bu halda onların Azərbaycan ərazisinə girişinə qadağa qoyulur. Nazirliyin mətbuat katibi Elman Abdullayevin sözlərinə görə, məsələ araşdırılır və təsdiqlənəcəyi təqdirdə lazımi tədbirlər görüləcək.ANN.Az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol