• $
  • €
  • ₽
  • ₺
  • £

Mehriban Əliyeva Roma şəhərinin meri ilə görüşüb

Mehriban Əliyeva Roma şəhərinin meri ilə görüşüb
03.06.2014 21:03
Görüşdə ölkələrimiz arasında əlaqələrin genişlənməsinə dair fikir mübadiləsi aparılıbİtaliyada səfərdə olan Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva iyunun 3-də Roma şəhərinin meri İqnatsio Marino ilə görüşüb.Azərbaycan ilə İtaliya arasında əlaqələrin yüksək səviyyədə olduğunu deyən Roma şəhərinin meri bu əməkdaşlıqdan məmnunluğunu dilə gətirib. İqnatsio Marino dövlətlərimiz arasında humanitar, iqtisadi, siyasi, energetika və digər sahələrdə geniş əlaqələrin olduğunu bildirmiş, münasibətlərimizin bundan sonra da genişlənəcəyinə əminliyini ifadə edib.Roma şəhərinin meri Azərbaycanın qədim və zəngin mədəniyyətə malik bir ölkə olduğunu vurğulamış, mədəniyyətimizin təbliği istiqamətində Heydər Əliyev Fondu tərəfindən görülən işləri yüksək qiymətləndirib. O, Romanın Kapitolini Muzeyinin "Filosoflar zalı"nda Heydər Əliyev Fondunun dəstəyi ilə təmir işlərinin aparılmasına görə Azərbaycanın birinci xanımına minnətdarlığını bildirib.Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva keçirilən görüşün əhəmiyyətini vurğulayaraq, Fond tərəfindən Vatikanda görülən işlərdən danışıb. Romada Nizami Gəncəvinin abidəsinin ucaldılmasına görə bir daha bu şəhərin merinə minnətdarlığını bildirən Azərbaycanın birinci xanımı Mehriban Əliyeva İqnatsio Marinonu ölkəmizə səfərə dəvət edib. Roma şəhərinin meri dəvəti məmnunluqla qəbul edib.Görüşdə gələcəkdə də ölkələrimiz arasında əlaqələrin genişlənməsinə dair fikir mübadiləsi aparılıb.Sonra Mehriban Əliyevaya Romanın mərkəzi küçələrindən biri olan Alezandrina küçəsində başlanılan arxeoloji qazıntılar barədə məlumat verilib. Roma şəhərinin meri bu layihəni ölkəmiz ilə birgə həyata keçirmək arzusunda olduğunu söyləyib.Mehriban Əliyeva Heydər Əliyev Fondunun İtaliya ilə elm, mədəniyyət və digər sahələrdə birgə layihələr həyata keçirməkdə hər zaman maraqlı olduğunu bildirib.Sonda qarşılıqlı hədiyyələr təqdim olunub. ANN.Az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol