• $
  • €
  • ₽
  • ₺
  • £

ATƏT-in fəaliyyətdə olan sədri Azərbaycana səfəri ilə bağlı bəyanat yaydı

ATƏT-in fəaliyyətdə olan sədri Azərbaycana səfəri ilə bağlı bəyanat yaydı
03.06.2014 09:32
ATƏT -in fəaliyyətdə olan sədri və İsveçrənin xarici işlər naziri Didye Burkhalter Azərbaycana səfəri ilə bağlı bəyanat yayıb.

APA-nın ATƏT-in rəsmi saytına istinadən verdiyi məlumata görə, Burkhalter 1994-cü ildən atəşkəsin elan edilməsindən 20 il ötməsinə baxmayaraq Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində, eləcə də sərhəd zolağında silahlı insidentlərin tez-tez yaşanmasından öz təəssüfünü ifadə edib. Burkhalter tərəfləri atəşkəs razılaşmasına ciddi şəkildə riayət etməyə, insidentlərin araşdırılması üçün işlək mexanizmlər hazırlamağa, humanitar münasibətlərin təşviq edilməsinə çağırıb. Didye Burkhalter həmçinin İsveçrə sədrliyinin ATƏT-in Minsk qrupunun və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşikin danışıqlar prosesindəki səylərini tam dəstəklədiyini ifadə edib. Burkhalter Bakıda yeni açılmış ATƏT-in Layihə Əlaqələndirici ofisi ilə Azərbaycan hökumətinin sıx əməkdaşlıqda olacağına ümid etdiyini də bildirib. O, intensivləşmiş danışıqlar prosesini, eləcə də prezidentlər səviyyəsində növbəti görüşün münaqişənin sülh yolu ilə həlli istiqamətində strukturlaşmış prosesdə başlanğıc nöqtə kimi alqışlayacağını bəyan edib. Qeyd edək ki, daha sonra Burkhalter Gürcüstana səfər edəcək və regiona səfərini iyunun 4-də İrəvana səfərlə yekunlaşdıracaq.ANN.Az

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Deputat biznes kreditlərinin iri şirkətlərdə cəmləşməsini tənqid edib
Siyasət 13:15
Deputat biznes kreditlərinin iri şirkətlərdə cəmləşməsini tənqid edib
Əli Məsimli 2027-ci ildə ÜDM-in 2,7%-lik artım proqnozunu sual altına alıb
Siyasət 12:55
Əli Məsimli 2027-ci ildə ÜDM-in 2,7%-lik artım proqnozunu sual altına alıb
Hesablama Palatası: 2027-ci ildə dövlət büdcəsinin kəsiri artacaq
Siyasət 12:31
Hesablama Palatası: 2027-ci ildə dövlət büdcəsinin kəsiri artacaq
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
İqtisadiyyat 12:26
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol