• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanlılar ermənilərə qarşı mitinq keçirdilər - FOTO

Azərbaycanlılar ermənilərə qarşı mitinq keçirdilər - FOTO
02.06.2014 14:00
Hollandiyadakı Türkiyə diasporu ermənilərin bir müddət öncə Almelo şəhərində qondarma soyqırım abidəsi ucaltmasına qarşı etiraz aksiyası keçirib. Azərbyacan Diasporla İş Üzrə Dövlət Komitəsindən ANS PRESS-ə verilən məlumata görə, türk ictimai təşkilatlarının təşkil etdiyi və 5 minədək insanın qatıldığı mitinqdə Azərbaycan diaspor nümayəndələri də iştirak edib. Almelo şəhərinin Remrandt Meydanında baş tutan etiraz aksiyasında sözügedən abidənin cəmiyyətdə böyük narahatlıq yaratdığı bildirilib. Polisin ciddi təhlükəsizlik tədbirləri ilə keçən aksiyada iştirakçılar Türkiyə bayraqları ilə yanaşı, Azərbayca bayrağı da dalğalandırıb, üzərində “Erməni soyqırımı yoxdur!”, “Soyqırım tarixi yalandır!”, “Gerçəklərə qarşı səssiz qalma, kor və kar olma!” yazılan plakatlar tutublar. Türkiyə İstiqlal Marşının oxunması və Soma kömür mədənində baş verən faciədə ölənlərin xatirəsinə bir dəqiqəlik sükutdan sonra ictimai təşkilatlar adından erməni abidəsinin üzərinə “soyqırım” sözlərinin yazılmasının qarşısının alınmasının vaicbliyi vurğulanıb. Ermənilərin abidəni daha geniş kütlələrə tanıtmaq və üzərinə “soyqırım” ifadəsini əlavə etmək niyyətində olduğunu qeyd edən Hollandiya Türk İslam Dərnəkləri Federasiyasının sədri Arif Yakışır öz etirazlarını Hollandiyanın müvafiq dövlət qurumlarına məhkəmə yolu ilə çatdırmaq niyyətində olduqlarını deyib. Almelo bələdiyyərsinin sözügedən abidəyə icazə verməsini tənqid edən Hollandiya Türk Federsaiyasının sədri Murat Gedik “Hollandiyada toplumun ayrılmaz hissəsi olan türklərin alnıaçıq yaşaması üçün belə yalanlarla hər zaman mübarizə aparacaqlarını” vurğulayıb.Türk tarixinin heç bir dönəmində soyqırım olmadığını, bu gerçəyi bəyan etmək üçün bir araya gəldiklərini vurğulayan Avropalı Türk Demokratlar Birliyinin sədri Mehmet Salih Kaya erməni diasporunun fərqli niyyətdə olduğunu dilə gətirib. Əsas soyqırımın ermənilər tərəfindən gerçəkləşdirildiyini bildirən Hollandiya Azərbaycan Türk Kültür Dərnəyinin sədri İlhan Aşkın isə “soyqırımı görmək istəyən İğdıra, Qarsa, Ərzuruma, Azərbaycana gəlsin. Anadoluda hər yerdən sümük çıxır” – deyə bildirib.Almelo Bələdiyyə Məclisinin üzvü Uğur Çete də bələdiyyə rəhbərliyinin Türk toplumunun bu həssaslığını nəzərə alacaqlarına ümid etdiyini deyib. Təxminən iki saat yarım sürən aksiya hər hansı insident baş vermədən sona çatıb. ANN.Az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanla Vatikan arasında sənəd imzalanıb
Siyasət 13:28
Azərbaycanla Vatikan arasında sənəd imzalanıb
Qəbul etdiyimiz qanunların icrasına özümüz nümunə olmalıyıq - Deputat/Video
Siyasət 13:24
Qəbul etdiyimiz qanunların icrasına özümüz nümunə olmalıyıq - Deputat/Video
Dövlət satınalmalarının 54,6%-i bir mənbədən həyata keçirilib - deputat
Siyasət 13:13
Dövlət satınalmalarının 54,6%-i bir mənbədən həyata keçirilib - deputat
Prezident İlham Əliyev Monteneqronun Baş nazirini qəbul edib
Siyasət 11:57
Prezident İlham Əliyev Monteneqronun Baş nazirini qəbul edib
Deputat: sosial şəbəkələr təhqir və söyüş platformalarına çevrilib
Siyasət 11:22
Deputat: sosial şəbəkələr təhqir və söyüş platformalarına çevrilib
Zahid Oruc: Ermənistan 2027-ci ildə sülhü Konstitusiyasına yazmalıdır
Siyasət 11:18
Zahid Oruc: Ermənistan 2027-ci ildə sülhü Konstitusiyasına yazmalıdır
Parlamentin növbəti iclası başlayıb
Siyasət 11:03
Parlamentin növbəti iclası başlayıb
Gürcüstan XİN rəhbəri Azərbaycana rəsmi səfərə gəlir
Siyasət 11:03
Gürcüstan XİN rəhbəri Azərbaycana rəsmi səfərə gəlir
Azərbaycan Türkiyəni COP31-in təşkilinə görə təbrik edib
Siyasət 22:33
Azərbaycan Türkiyəni COP31-in təşkilinə görə təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol