• $
  • €
  • ₽
  • ₺
  • £

Rüstəm Muradovun Xankəndidə sual doğuran görüşləri - Fotolar

Rüstəm Muradovun Xankəndidə sual doğuran görüşləri - Fotolar
14.04.2021 11:53
Qarabağdakı Rusiya sülhməramlılarının komandanı, general-leytenant Rüstəm Muradov aprelin 9-u Ermənistan Baş naziri Nikol Paşinyanla görüşdən dərhal sonra Xankəndidə erməni biznesmenlər Artak Balayan və Armen Balayan ilə görüşüb.

Bu barədə "Hraparak” nəşri yazıb. Onların "Şərab respublikası” adlı restoranda görüşərək birlikdə nahar etdikləri bildirilib. Görüşün təxminən iki saat davam etdiyi qeyd olunub.

Burada diqqət çəkən vacib məqam isə Armen Balayanın eks-Prezident Robert Koçaryanın ən yaxın adamlarından biri olmasıdır. Rüstəm Muradovun bu görüşü Ermənistandakı hakim siyasi dairələr tərəfindən birmənalı qarşılanmayıb.

Ümumiyyətlə isə son dövrlərdə Rusiya sülhməramlı kontingentinin Dağlıq Qarabağdakı vaxtaşırı qeyri-adekvat fəaliyyətləri Azərbaycan ictimaiyyətində də narazılıq yaradır. Sülhməramlı kontingentin komandanı Rüstəm Muradovun Qarabağdakı separatçı qüvvələrin qalıqları ilə formal və qeyri-formal görüşlər keçirməsi bu kontingentin fəaliyyətinin necə tənzimləndiyinə dair sualları yenidən gündəmə gətirir. (qafqazinfo)



www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Siyasət 17:47
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Siyasət 16:30
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Siyasət 12:26
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Siyasət 19:56
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol