• $
  • €
  • ₽
  • ₺
  • £

AVRONEST PA-nın komitə iclası keçirilib

AVRONEST PA-nın komitə iclası keçirilib
19.04.2021 17:46
Aprelin 19-da Avronest PA-nın iki günlük 9-cu sessiyası öz işinə başlayıb.

Anews.az xəbər verir ki, Sessiyanın birinci günündə qurumun daimi komitələrinin onlayn formatda iclasları keçirilib. Milli Məclisin Avronest PA-dakı nümayəndə heyətinin üzvləri müzakirə olunan məsələlərə ölkəmizin maraqları mövqeyindən münasibət bildiriblər.

    Qurumun Siyasi məsələlər, insan hüquqları və demokratiya komitəsinin onlayn iclasında "Demokratik proseslərin möhkəmləndirilməsində siyasi partiyaların, vətəndaş cəmiyyətinin, ədalətli seçki mühitinin, eyni zamanda azad və plüralist KİV-lərin rolu”, Şərq Tərəfdaşlığı çrçivəsində regional əməkdaşlıq məsələləri, "Qanunun aliliyi və məhkəmə islahatları demokratiya və iqtisadi inkişafın təməli kimi” mövzularında təqdimatlar olub. Məruzələr dinlənildikdən sonra müzakirələr aparılıb. 

Müzakirələrdə fəal iştirak edən Milli Məclisin Avronest PA-dakı nümayəndə heyətinin rəhbəri Azər Kərimli və üzvləri Cavanşir Feyziyev ilə Tural Gəncəliyev regional münaqişələrlə, postsovet ölkələri ilə bağlı məsələlərə münasibət bildiriblər, təkliflərini diqqətə çatdırıblar.  

Azər Kərimli Cənubi Qafqaz bölgəsində Rusiyanın son zamanlardakı rolundan bəhs edərək deyib ki, ötən ilin 10 noyabrında Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanmış üçtərəfli bəyanat Ermənistanla Azərbaycan arasında 30 il davam edən münaqişəyə son qoydu. Bildirib ki, bəyanatda yalnız hərbi əməliyyatların dayandırılmasını deyil, Azərbaycan ərazilərinin tamamilə işğaldan azad olunmasını  təmin edən mühüm müddəalar yer alır. Rəsmi Moskva yalnız iki ölkə üçün deyil, bütün bölgə üçün yeni reallıqların yaradılmasına öz töhfəsini verdi. 

Azərbaycan parlamentinin nümayəndəsi qeyd edib ki, Avropa qurumlarının, xüsusən də ATƏT-in münaqişənin sülh yolu ilə həllinə kömək edə bilmədiklərinə və bəzi hallarda münaqişəyə qərəzli, birtərəfli yanaşdıqlarına baxmayaraq, Rusiya münaqişənin beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində həllində hər iki ölkəyə kömək etdi. 

Çıxışında Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarın bu il aprelin 14-də Ermənistana səfər edərək özünü qondarma "DQR”-in "xarici işlər naziri” kimi qələmə verən David Babayanla görüşməsinə toxunan Milli Məclisin Avronest PA-dakı nümayəndə heyətinin rəhbəri vurğulayıb ki, münaqişədən sonra bölgədə yaranmış yeni reallıqları nəzərə almayan Aİ nümayəndəsinin kövrək sülhə təhdid doğuran və qarşı tərəfə əsassız ümidlər verən addımlar atması yolverilməzdir. Bu hərəkət sağlam düşüncəyə və beynəlxalq hüquqa uyğun gəlmir.

Azər Kərimli onu da qeyd edib ki, Azərbaycan azad edilmiş ərazilərinin minalardan təmizlənməsində ciddi problemlə üzləşir və indiyədək bu məsələdə bizə yalnız Türkiyə və Rusiya kömək edir.

Müzakirələr zamanı Milli Məclisin deputatları Avronest PA üzvlərinin nəzərinə onu da çatdırıblar ki, bu gün Azərbaycan ictimai həyatın bütün sahələrində ciddi irəliləyişlərə imza atır, Dünya Bankının "Doing Business 2019” hesabatına görə, ölkəmiz dünyanın ən çox islahatlar aparan ölkələrindən biridir. Azərbaycan Prezidentinin "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 3 aprel 2019-cu il tarixli Fərmanı cəmiyyətdə müasir dövrün tələblərinə cavab verən ədalətli mühakimənin formalaşması prosesini sürətləndirib, şəffaflığı, keyfiyyəti və səmərəliliyi artırıb.

 Siyasi məsələlər, insan hüquqları və demokratiya komitəsinin iclasında gündəlikdəki məsələlərlə əlaqədar müvafiq qərarlar qəbul olunub. 


 


 


Həmin gün Avronest Parlament Assambleyasının İqtisadi inteqrasiya, hüquqi yaxınlaşma və Avropa İttifaqı siyasətləri ilə uyğunluq komitəsinin də onlayn iclası keçirilib. İclasda Milli Məclisin deputatları Vüqar Bayramov və Nurlan Həsənov iştirak ediblər.


İclasın gündəliyi təsdiq edildikdən sonra Avronest PA-nın İqtisadi inteqrasiya, hüquqi yaxınlaşma və Avropa İttifaqı siyasətləri ilə uyğunluq komitəsinin 2019-cu il dekabrın 8-də Tbilisidə keçirilmiş iclasının protokolu təsdiq edilib. 


Sonra "Avropa İttifaqı və Şərq tərəfdaşlığı ölkələrinin təhsil və iqtisadiyyat sahələrində qarşılıqlı əlaqəsi” mövzusunda məruzənin təqdimatı olub. İclasda koronavirus pandemiyasının sosial-iqtisadi təsirləri, həmçinin Şərq Tərəfdaşlığı ölkələrinin COVİD-19 pandemiyasından sonra dirçəlməsi üçün Avropa İttifaqının mümkün yardımları barədə fikir mübadiləsi aparılıb. İclas iştirakçıları komitənin  2021-2022-ci illər üzrə fəaliyyət palanını da təsdiq ediblər.


Bununla da komitənin iclası başa çatıb.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
2027-ci ilin yanvar çağırışı ilə bağlı sərəncam imzalanıb
Siyasət 15:43
2027-ci ilin yanvar çağırışı ilə bağlı sərəncam imzalanıb
Trampdan Azərbaycan və Ermənistana - Çox gözəl iş gördünüz
Siyasət 15:24
Trampdan Azərbaycan və Ermənistana - Çox gözəl iş gördünüz
Bayramov: Ermənistanın yeni Konstitusiya layihəsində Azərbaycana qarşı ərazi iddiaları yoxdur
Siyasət 14:45
Bayramov: Ermənistanın yeni Konstitusiya layihəsində Azərbaycana qarşı ərazi iddiaları yoxdur
Ehtiyatda olan hərbçilərə verilən xüsusi rütbələrlə bağlı qayda dəyişdi
Siyasət 14:30
Ehtiyatda olan hərbçilərə verilən xüsusi rütbələrlə bağlı qayda dəyişdi
Azərbaycanla İtaliyanın ticarət dövriyyəsi doqquz ayda 9 milyard dolları ötüb
Siyasət 14:06
Azərbaycanla İtaliyanın ticarət dövriyyəsi doqquz ayda 9 milyard dolları ötüb
Bayramovun italiyanlı həmkarı ilə görüşü başlayıb
Siyasət 13:36
Bayramovun italiyanlı həmkarı ilə görüşü başlayıb
Əliyev İtaliya XİN rəhbərini qəbul edib
Siyasət 12:13
Əliyev İtaliya XİN rəhbərini qəbul edib
Baş nazirdən əlilliyin qiymətləndirilməsi ilə bağlı - Dəyişiklik
Siyasət 11:58
Baş nazirdən əlilliyin qiymətləndirilməsi ilə bağlı - Dəyişiklik
Paşinyan: Yeni Konstitusiya qəbul edilməsə, istefa verəcəyəm
Siyasət 11:43
Paşinyan: Yeni Konstitusiya qəbul edilməsə, istefa verəcəyəm
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol