• $
  • €
  • ₽
  • ₺
  • £

XİN- dən Azərbaycanın daxili işlərinə yersiz müdaxilələrlə bağlı çağırış

XİN- dən Azərbaycanın daxili işlərinə yersiz müdaxilələrlə bağlı çağırış
31.05.2014 14:52

Xarici İşlər Nazirliyi (XİN) Azərbaycan vətəndaşları Anar Məmmədli, Bəşir Süleymanlı və Elnur Məmmədovun mühakimə olunması ilə bağlı Böyük Britaniyanın Xarici işlər və Birlik məsələləri üzrə Ofisinin 28 may tarixli bəyanatını Azərbaycanın müstəqil məhkəmə instansiyalarının işinə müdaxilə və təzyiq kimi qiymətləndirir və tam şəkildə qəbuledilməz hesab edir. 

XİN mətbuat xidmətindən APA-ya verilən məlumata görə, adları sadalanan şəxslər vergidən yayınma və qanunsuz sahibkarlıq fəaliyyəti kimi qanun pozuntularına görə mühakimə olunublar və bu şəxslərin cinayət əməlləri məhkəmə qaydasında sübuta yetirilib:

 “Məhkəmənin qərarının bu şəxslərin siyasi fəaliyyəti ilə heç bir əlaqəsi yoxdur və ümumiyyətlə, Azərbaycanda heç kim siyasi baxışlarına və fəaliyyətinə görə təqib və mühakimə olunmur”.

 Azərbaycan XİN Böyük Britaniyanın Xarici işlər və Birlik məsələləri üzrə Ofisini Azərbaycanın daxili işlərinə son zamanlar müşahidə olunan yersiz müdaxilələrdən çəkinməyə və öz ölkəsinin insan hüquqları məsələlərinə diqqət yetirməyə dəvət edir.

ANN.Az

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol