• $
  • €
  • ₽
  • ₺
  • £

Cahit Bağçı Qarabağın işğaldan azad edilməsindən DANIŞDI

Cahit Bağçı Qarabağın işğaldan azad edilməsindən DANIŞDI
03.05.2021 18:03
Ümummilli lider Heydər Əliyevin "Qarabağ Azərbaycandır” sözlərini Azərbaycan Prezidenti cənab İlham Əliyev vuruşaraq həyata keçirib".

Anews.az xəbər verir ki, bunu Türkiyənin Azərbaycana yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Cahit Bağçı deyib.

Onun sözlərinə görə, şair və ozanların dili, sözü və nəğmələri Xocalı və Qarabağın ağrısını sızısını 30 il iki qardaş xalqın ürəyinə daşıyıb:
"Cənab Prezident İlham Əliyevin Qarabağın erməni işğalından azad edilməsi uğrunda apardığı mübarizə, televiziya ekranlarında qətiyyətli çıxışları, ordusuna müraciəti təkcə Azərbaycan xalqının deyil, həm də bizim xalqımızın ürəyinin dərinliklərinə nüfuz etmiş, ürəklərdəki yanğını söndürərək coşqu yaratmışdır. Cənab İlham Əliyevin yumruğu hər qalxıb enəndə yeni bir kənd və qəsəbə azad edilib.Azad edilən hər kənddə dalğalanan, istiqlalın və istiqbalın rəmzi olan üç rəngli bayraq və minarələrdən oxunan azanlar, "Allahu Əkbər” nidaları Türkiyədə də göz yaşları içində sevinc və coşquya çevrilib".

Səfir qeyd edib ki, Türkiyə Qarabağın erməni işğalından azad edilməsi üçün qardaşlığın tələb etdiyi şeyi edib:
"Haqlı işində qardaşının yanında dayanaraq hər cür dəstəyi vermiş və bundan sonra da tərəddüd etmədən yanında olmağa və dəstəkləməyə davam edəcək. Bu qələbə ilə Türkiyə-Azərbaycan qardaşlığı yeni bir mərhələyə qədəm qoyub. Bundan sonra qardaşlıq əlaqələri güclənəcək və bu qələbə ilə yeni körpülər inşa ediləcək. Azərbaycan xalqı hər zaman yanında qaya kimi möhkəm dayanan bir qardaşa sahib olduğunu gördü və əmin oldu. Cənab İlham Əliyevin də ifadə etdiyi kimi, Azərbaycan xalqının könül xoşluğu ilə qalib və qürurlu bir cəmiyyət olaraq Novruz tonqalını yandırdıqları torpaqlarına və evlərinə qələbə və bayram sevinci ilə qayıtmaları üçün qardaşınız Türkiyə hər cür dəstəyi verəcək".

"Bir xalqın tarixi abidələrinin, mədəniyyət ocaqlarının, müqəddəs yerlərinin və əmlaklarının ermənilər tərəfindən vəhşicəsinə məhv edilməsi insanlıq adına cinayətdir. Türkiyə Qarabağın sürətli inkişafı üçün yenidən qurulmasında, insanların yerləşdirilməsində və tərəqqisində dəstəyini verəcək. Türkiyə min illərdir sivilizasiyaların beşiyi olan Qarabağın yenidən möhtəşəm bir mədəniyyət mərkəzinə çevrilməsi üçün bütün təcrübə və imkanları ilə dəstək verməyə hazırdır. Yurdlarından ayrı düşən azərbaycanlı qardaşlarımız evlərinə qayıdacaq, torpaqları çiçəklənəcək, Qarabağ inkişaf edəcəkdir.
 
Qafqazın incisi Şuşanın və azad olan bütün Qarabağın tezliklə Türk dünyasının ən gözəl yurdlarından biri olması üçün bütün gücümüzlə əl-ələ verərək çalışacağıq", - diplomat bildirib

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Siyasət 17:47
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Siyasət 16:30
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Siyasət 12:26
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Siyasət 19:56
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol