• $
  • €
  • ₽
  • ₺
  • £

Rusiyalı deputat: “Ağdamda gördüklərim hərbi cinayətdir”

Rusiyalı deputat: “Ağdamda gördüklərim hərbi cinayətdir”
05.05.2021 14:46
"Mən sabah Rusiyaya qayıdacam. Sözsüz ki, burada gördüklərim barədə Dövlət Dumasındakı həmkarlarıma danışacam. Burada gördüklərim dəhşətlidir”.

APA-nın məlumatına görə, bunu Ağdamda səfərdə olan Rusiya Dövlət Dumasının deputatı, Rusiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Dmitri Savelyev bildirib.

D. Savelyev deyib ki, insanlar burada nə baş verdiyini görməlidirlər: "Tarixi abidələr dağıdılıb, biz indi bunları görürük. Bütün bunlar çox dəhşətlidir, burada gördüklərim barədə həmkarlarıma danışan zaman söz tapmaq da çətin olacaq. Mənə həmkarlarım bu barədə danışmışdılar, ilk dəfə fotoşəkillər göstərəndə bunun dəhşətli mənzərə olduğunu görmüşdüm. Ancaq bu mənzərəyə çanlı baxanda, sən emosiyanı çatdıra bilmirsən. Bu, elementar talançılıqdır, kanalizasiya borularını belə çıxarıblar”.

Rusiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri qeyd edib ki, hər yerdə minaların olması ilə bağlı işarələr qoyulub: "Ermənistan rəhbərliyi minalanmış ərazilərin xəritələrini Azərbaycana verməkdən imtina edir. Aydındır ki, bu minalar vaxtilə bu ərazini tərk etməyə məcbur olmuş insanların geri qayıtmasına mane olur. Bu addım açıq formada Ermənistan siyasi rəhbərliyindəkilərin əhval-ruhiyyəsini göstərir. Bu, tamamilə qeyri-konstruktiv addımdır”.

D. Savelyev deyib hazırda süh yolu ilə irəliləmək lazımdır: "Müharibə qurtarıb, əraziləri bərpa etmək, sülh şəraitində yaşamaq lazımdır. Ermənistanın iqtisadiyyatına baxın, insanlar ölkəni tərk edir, belə getsə, bu ölkədə heç kim qalmayacaq. İşğalla əlaqədar Ermənistan blokada vəziyyətində olub. İndi iqtisadi əməkdaşlığı inkişaf etdirmək, bu ərazilərdə həyatı yenidən dirçəltmək lazımdır. Buna görə də Ermənisandan konstruktiv sağlam addımlar gözləyirik. Bu ərazilərin hamısı minalardan təmizlənməlidir”.

Rusiyalı deputat nəzərə çatdırıb ki, bu gün Ağdamda gördükləri hərbi cinayətdir.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Mehriban Əliyeva Vyetnamın birinci xanımı ilə Hanoyda görüşüb
Siyasət 15:35
Mehriban Əliyeva Vyetnamın birinci xanımı ilə Hanoyda görüşüb
İlham Əliyev Vyetnamın 2020-ci ildə Azərbaycana dəstəyinə görə minnətdarlığını bildirib
Siyasət 15:17
İlham Əliyev Vyetnamın 2020-ci ildə Azərbaycana dəstəyinə görə minnətdarlığını bildirib
Hanoyda İlham Əliyevin və Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib
Siyasət 14:55
Hanoyda İlham Əliyevin və Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib
İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub - yenilənib
Siyasət 11:31
İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub - yenilənib
Prezident gürcüstanlı həmkarına başsağlığı verib
Siyasət 08:30
Prezident gürcüstanlı həmkarına başsağlığı verib
Azərbaycan və Vyetnam arasında bir sıra sənədlər mübadilə edilib
Siyasət 08:17
Azərbaycan və Vyetnam arasında bir sıra sənədlər mübadilə edilib
İlham Əliyevin Hanoyda rəsmi qarşılanma mərasimi keçirilib
Siyasət 08:03
İlham Əliyevin Hanoyda rəsmi qarşılanma mərasimi keçirilib
İŞİD-in Xorasan qruplaşmasına qoşulan azərbaycanlılar həbs edildi
Siyasət 19:30
İŞİD-in Xorasan qruplaşmasına qoşulan azərbaycanlılar həbs edildi
Baş nazir Əli Əsədov İrakli Kobaxidzeyə başsağlığı verib
Siyasət 14:24
Baş nazir Əli Əsədov İrakli Kobaxidzeyə başsağlığı verib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol