• $
  • €
  • ₽
  • ₺
  • £

David Zalkaliani: “Azərbaycanla strateji tərəfdaşlığımız yeni təkan alacaq”

David Zalkaliani: “Azərbaycanla strateji tərəfdaşlığımız yeni təkan alacaq”
05.05.2021 23:25
"Gürcüstan və Azərbaycanın sərhəd məsələsini strateji tərəfdaşlıq və hər iki ölkənin maraqlarına uyğun olaraq mümkün qədər tez həll etmək istəyi var”.
"Report”un yerli bürosu xəbər verir ki, bunu Gürcüstan baş nazirinin müavini, xarici işlər naziri David Zalkaliani deyib.
Onun sözlərinə görə, Azərbaycanda keçirilən görüşlərdə məsələnin tez bir zamanda həllinə hazırlıq ifadə olunub və tərəflər bu istiqamətdə konkret addımlar atmaqla bağlı razılığa gəliblər.
D.Zalkaliani pandemiyanın sərhədlərin delimitasiya və demarkasiyası üzrə komissiyanın fəaliyyətinə mane olduğunu bildirib: "Lakin biz komissiyanın işini mümkün qədər tez bərpa etməyə hazırıq”.
XİN başçısı Azərbaycana səfər çərçivəsində müxtəlif formatlarda əməkdaşlıq məsələlərinin də nəzərdən keçirildiyini deyib: "Biz bir-birimizi beynəlxalq təşkilatlarda dəstəkləyirik. Bu il Gürcüstan GUAM-a sədrlik edir və bu təşkilat çərçivəsində həm ikitərəfli, həm də çoxtərəfli kontekstdə mühüm layihələr var”.
D.Zalkaliani Gürcüstan baş nazirinin Azərbaycana rəsmi səfərini faydalı və məhsuldar kimi qiymətləndirib: "Müzakirə olunan məsələlər və danışıqlar prosesi deməyə əsas verir ki, bizim əməkdaşlığımız daha da dərinləşdiriləcək və strateji tərəfdaşlıq münasibətlərimiz yeni təkan əldə edəcək”.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Mehriban Əliyeva Vyetnamın birinci xanımı ilə Hanoyda görüşüb
Siyasət 15:35
Mehriban Əliyeva Vyetnamın birinci xanımı ilə Hanoyda görüşüb
İlham Əliyev Vyetnamın 2020-ci ildə Azərbaycana dəstəyinə görə minnətdarlığını bildirib
Siyasət 15:17
İlham Əliyev Vyetnamın 2020-ci ildə Azərbaycana dəstəyinə görə minnətdarlığını bildirib
Hanoyda İlham Əliyevin və Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib
Siyasət 14:55
Hanoyda İlham Əliyevin və Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib
İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub - yenilənib
Siyasət 11:31
İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub - yenilənib
Prezident gürcüstanlı həmkarına başsağlığı verib
Siyasət 08:30
Prezident gürcüstanlı həmkarına başsağlığı verib
Azərbaycan və Vyetnam arasında bir sıra sənədlər mübadilə edilib
Siyasət 08:17
Azərbaycan və Vyetnam arasında bir sıra sənədlər mübadilə edilib
İlham Əliyevin Hanoyda rəsmi qarşılanma mərasimi keçirilib
Siyasət 08:03
İlham Əliyevin Hanoyda rəsmi qarşılanma mərasimi keçirilib
İŞİD-in Xorasan qruplaşmasına qoşulan azərbaycanlılar həbs edildi
Siyasət 19:30
İŞİD-in Xorasan qruplaşmasına qoşulan azərbaycanlılar həbs edildi
Baş nazir Əli Əsədov İrakli Kobaxidzeyə başsağlığı verib
Siyasət 14:24
Baş nazir Əli Əsədov İrakli Kobaxidzeyə başsağlığı verib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol