• $
  • €
  • ₽
  • ₺
  • £

Gürcüstan Yazıçılar İttifaqının sədri Azərbaycan rəhbərliyinə müraciət etdi

Gürcüstan Yazıçılar İttifaqının sədri Azərbaycan rəhbərliyinə müraciət etdi
30.05.2014 15:21
Gürcüstan Yazıçılar İttifaqının sədri Makvala Qonaşvili Azərbaycan Respublikasının rəhbərliyinə yazılı şəkildə müraciət edib.Bu barədə APA-ya Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) mətbuat xidmətinin rəhbəri Elman Abdullayev məlumat verib. Onun sözlərinə görə, Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfər edərək Azərbaycan Respublikasının “Dövlət sərhədi haqqında" qanununu pozmuş və buna görə də Xarici İşlər Nazirliyi (XİN) tərəfindən tərtib olunmuş “arzuolunmaz şəxslər” siyahısına daxil edilmiş M.Qonaşvili müraciətində adının bu siyahıdan çıxarılmasını xahiş edib. E.Abdullayev qeyd edib ki, Gürcüstan Yazıçılar İttifaqının sədri 2012-ci ilin 16-18 oktyabr tarixlərində “Beynəlxalq poeziya  festivalı”nda iştirak etmək üçün Azərbaycan Respublikasının işğal olunmuş ərazilərinə etdiyi qanunsuz səfərin Azərbaycan xalqının vətənpərvər hisslərini təhqir etmək məqsədi daşımadığını bildirib, Azərbaycan xalqına olan məhəbbət və isti dost hisslərini dəfələrlə isbat etməyə çalışdığını vurğulayıb və bu səfərin doğuracağı hüquqi nəticələri barəsində məlumatlı olmadığını qeyd edib. M.Qonaşvili müraciətində atdığı addımın düşünülməmiş olduğunu bildirib və bundan sonra Azərbaycan Respublikasının mərkəzi hakimiyyət orqanlarının tələblərinə uyğun şəkildə davranacağına dair öhdəlik götürdüyünü də qeyd edib. O, azərbaycanlı həmkarları ilə ünsiyyəti yalnız Gürcüstanda deyil, həm də Azərbaycanda davam etdirməsi üçün imkan yaradılmasını və adının “arzuolunmaz şəxslər” siyahısından çıxarılmasını xahiş edib. E.Abdullayev M.Qonaşvilinin müraciətinə müvafiq qaydada baxılacaq. ANN.Az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol