• $
  • €
  • ₽
  • ₺
  • £

Ermənistan ordusunun gizlədilən itkiləri: 11 ölü - Siyahı

Ermənistan ordusunun gizlədilən itkiləri: 11 ölü - Siyahı
29.05.2014 15:10
Rəsmi İrəvanın hərbi-siyasi rejimi qısa müddət ərzində Azərbaycan Silahlı Qüvvələri ilə təmas xəttində baş vermiş çoxsaylı itkiləri Ermənistan ictimaiyyətindən gizlətməyə cəhd edir.Ermənistan Silahlı Qüvvələrinin son bir neçə ay ərzində xeyli sayda döyüş və qeyri-döyüş itkiləri olub.Ermənistan Müdafiə Nazirliyi cidd-cəhdlə ölüm və yaralanma hallarını ört-basdır etməyə çalışır. Lakin əldə olunan məlumatlara əsasən, qarşı tərəfin qısa müddət ərzində verdiyi itkilərin sayı onlarla ölçülür.Məlum olub ki, cəbhə xəttində atəşkəsin pozulması, Azərbaycan Silahlı Qüvvələri bölmələrinin postlarına basqın və kəşfiyyat-diversiya cəhdlərinin qarşısının alınması zamanı, eləcə də ermənilərin öz aralarında baş verən insidentlər, nizamnamədən kənar hərəkətlər nəticəsində son günlər düşmən tərəfindən ölənlərin sayı 11, yaralananların sayı isə 3 nəfər olub.Həlak olanlar podpolkovnik Qarik Balyan, baş leytenant Arutyun Safaryan, leytenant Araik Babayan, yefreytor Erik Qasparyan, o cümlədən əsgərlər Artur Oqancanyan, Armen Ovannisyan, Edik Şahnəzəryan, Karen Qalstyan, Arman Qukasyan, Qarnik Torosyan, Nerses Karapetyandır.Düşmənin Mqer Xlqatyan, Varazdat Zakaryan, Aşot Qriqoryan adlı hərbi qulluqçuları isə yaralanaraq sıradan çıxıblar.Qeyd edək ki, Ermənistanın Müdafiə naziri Seyran Ohanyan da mayın 28-də baş vermiş insidentdə erməni yefreytoru Erik Qasparyanın öldüyünü və konkret ad-soyad çəkmədən yaralananların olduğunu təsdiq etməyə məcbur olub.Lakin müxtəlif mənbələrdən əldə etdiyimiz məlumatlar göstərir ki, bu faktlar həqiqəti tam əks etdirmir. Belə ki, müxtəlif səbəblərdən həlak olan və yaralananların sayı ermənilər arasında xaos yaranmaması üçün bir neçə dəfə azaldılır /Trend/.Xatırladaq ki, az öncə İrəvan Hospitalının rəisi Aram Hasaturyan mayın 28-də baş verən insidentdə 1 nəfər erməni əsgərinin ölməsi ilə bərabər, 4 yaralının olduğunu da bildirdi.ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol