Selçuk Bayraktar Azərbaycanı təbrik edib

"Bayraktar TB2” pilotsuz uçuş aparatının yaradıcısı Selçuk Bayraktar öz Tvitter hesabında Azərbaycana dəstək nümayiş etdirən paylaşım edib.
"Dağ olsanız, torpaq bizik. Budaq olsanız, yarpaq bizik. Türkiyə bizik, Anadolu bizik, Azərbaycan bizik”, deyə o, yazıb.
"Baykar Makina” şirkətinin texniki direktoru bildirib ki, "bir millət iki dövlət” şüarının ruhu ilə qardaş ölkə Azərbaycanın 15 İyun – Milli Qurtuluş Gününü təbrik edirik”.
www.anews.az
























