• $
  • €
  • ₽
  • ₺
  • £

Erməni terrorçuları sərhəd pozucuları imiş

Erməni terrorçuları sərhəd pozucuları imiş
03.07.2021 09:01
İyulun 2-də terrorçuluq, diversiya və digər ağır cinayətlərdə ittiham olunan 14 nəfər erməni hərbiçidən ibarət birinci qrupun işi üzrə məhkəmə prosesi başa çatıb.
    
Dövlət ittihamçısı çıxışında gözlənilmədən müttəhimlərə qarşı bütün ağır ittihamları ləğv edib və yalnız dövlət sərhədini qanunsuz keçmə ittihamını saxlayıb.
    
Eyni zamanda prokuror yalnız iki təqsirləndirilən şəxsi - Avakyan Qraç və Serobyan Qeqamın beş il müddətinə mühakimə edilməsini  istəyib. Bütün digər müttəhimlər üçün 2 il azadlıqdan məhrumetmə cəzası istəyib.
   
Prokuror indiyədək əsaslı ittihamlar adlandırdığı terrorçuluq və digər ağır ittihamları niyə ləğv etdiyini izah etməyib.
    
Məhkəmənin müşavirədən sonra qəbul etdiyi qərar təəccüb doğurub. Belə ki, hökmə əsasən, Avakyan və Serobyan 4 il müddətinə, bütün digər hərbiçilər isə altı ay müddətinə azadlıqdan məhrum edilib.
    
Müttəhimlərin artıq 6 aydan çoxdur həbsdə olduqlarını nəzərə alsaq, onlar məhkəmə zalında azadlığa buraxılmalı idilər.
   
Məhkəmə prosesi müttəhimlərdən 12-sinin, çox güman ki, azad ediləcəyini və yaxın gələcəkdə Ermənistana təhvil veriləcəyini göstərir.
    
Minalanmış sahələrin növbəti xəritələrinin növbəti əsirlər qrupu ilə dəyişdiriləcəyi istisna deyil.
 
14 müttəhim 2020-ci ilin dekabrında Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin "antiterror əməliyyatı zamanı" Hadrut yaxınlığında saxlanılmış 60-dan çox hərbiçi arasında idi. 


www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol