• $
  • €
  • ₽
  • ₺
  • £

"Ermənistan 6 km dərinlikdəki əraziləri itirəcək" - PAPYAN

"Ermənistan 6 km dərinlikdəki əraziləri itirəcək" - PAPYAN
06.07.2021 22:00
KTMT-nin açıqlamasından sonra Ermənistan yeni müttəfiqlər axtarmalıdır ki, təhlükəsizlik hədəflərini həll etsin.

Anews.az xəbər verir ki, bu iddia ilə erməni politoloq Ara Papyan çıxış edib. Onun sözlərinə görə, Ermənistanın maraqları KTMT-nin maraqları ilə üst-üstə düşmür.

O, bu təşkilatın ölü doğulduğunu bildirib.

Papyan, həmçinin Paşinyanın Ermənistanla Azərbaycan sərhədində Rusiya sülhməramlılarını yerləşdirmək istəməsi fikrini də tənqid edib:
"Paşinyan mitinqdə dedi ki, qoşunlar geri çəkilməli və onlar arasında rusiyalı sərhədçilər yerləşdirilməlidir. Bu o deməkdir ki, Azərbaycan 9 kilometr içəriyə doğru irəllədiyi bəzi ərazilərdə müəyyən yerlərə nəzarəti əlində saxlayacaq. Şərti olaraq desək, onlar 5 kilometr dərinliyə qədər irəlləyiblər. İndi onlar 1 kilometr geri çəkiləcəklər və 4 kilometri özlərində saxlayacaqlar. Yəni biz ümumilikdə 6 kilometr ərazi itirəcəyik. 2 kilometr neytral zona olacaq, 4 kilometr isə Azərbaycanda qalacaq”.

Papyan Rusiya hərbçilərinin sülhməramlı olmadığını, onların Ermənistanın razılığı ilə bölgəyə gəldiyini, amma beynəlxalq statuslarının olmadığını deyib.
Qeyd edək ki, Ermənistan Qarabağı işğal altında saxladığı illər ərzində Azərbaycan sərhədlərinə də daxil olub və torpaqlarımızı zəbt etdi. Vətən müharibəsindən sonra Ordumuz SSRİ xəritələri əsasında sərhədləri bərpa edir. Ermənistan isə zəbt etdiyi torpaqlardan çıxmaq istəmir.
/axar.az/

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol