• $
  • €
  • ₽
  • ₺
  • £

Pakistan-Azərbaycan İqtisadi Əməkdaşlıq Palatası yaradılıb

Pakistan-Azərbaycan İqtisadi Əməkdaşlıq Palatası yaradılıb
07.07.2021 11:26
Bu gün Pakistan-Azərbaycan İqtisadi Əməkdaşlıq Palatasının (PAKAZCHAM) təqdimat mərasimi keçirilib.


Palata iki ölkə arasında iqtisadi əməkdaşlığı inkişaf etdirmək üçün yaradılıb.


Təqdimat mərasimində iqtisadiyyat nazirinin müavini Elnur Əliyev, xarici işlər nazirinin müavini Elnur Məmmədov, İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) prezidenti vəzifəsini icra edən Yusif Abdullayev, eləcə də Xarici İşlər Nazirliyinin və Ədliyyə Nazirliyinin yüksək vəzifəli şəxsləri ilə iştirak ediblər.


Tədbirdə palatanın məqsədləri ilə bağlı məlumat verilib. Bildilib ki, Pakistan və Azərbaycanın investisiya üçün yaxşı və təhlükəsiz ölkələr kimi tanınması səviyyəsini artırmaq, iki ölkə arasında ticarəti və investisiya qoyuluşunu asanlaşdırmaq və genişləndirmək, mövcud iş mühitini təhlil edilməsi və iki ölkədəki tənzimləmə bazası barədə müəssisələrin məlumatlandırılması PAKAZCHAM-ın əsas məqsədlərdəndir. Bundan əlavə bərabərlik, tərəfdaşlıq və qarşılıqlı hörmət prinsiplərinə əsaslanan dövlətlərarası iqtisadi əlaqələrin və investisiyaların sistematik və davamlı genişləndirilməsinin dəstəklənilməsi və təşviq edilməsi, iki ölkə arasında işgüzar əlaqələrin möhkəmlənməsinə kömək edəcək yenilikçi düşüncə sahiblərinin təhsilinə və intellektual inkişafına dəstək verilməsi, ortaq iş maraqlarının inkişaf etdirilməsi və onlara üzvlük təklif etmək üçün Pakistan və Azərbaycanın digər ticarət otaqları ilə sıx əməkdaşlıq edilməsi məqsədlərə daxildir.


Tədbirdə həmçinin qeyd olunub ki, iki ölkə arasındakı illik ikitərəfli ticarət real potensialdan aşağıdır. Palatanın iki ölkənin iş cəmiyyətlərinin təmsilçiliyi ilə ikitərəfli ticarəti və investisiyaları stimullaşdırmaq üçün tramplin rolunu oynaması gözlənilir. Palata, iki ölkənin sahibkarlıq subyektlərinin səmərəli iqtisadi əlaqələr qurması üçün çox ehtiyac duyulan daimi bir platforma təmin edəcək. (Report)

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Mehriban Əliyeva Vyetnamın birinci xanımı ilə Hanoyda görüşüb
Siyasət 15:35
Mehriban Əliyeva Vyetnamın birinci xanımı ilə Hanoyda görüşüb
İlham Əliyev Vyetnamın 2020-ci ildə Azərbaycana dəstəyinə görə minnətdarlığını bildirib
Siyasət 15:17
İlham Əliyev Vyetnamın 2020-ci ildə Azərbaycana dəstəyinə görə minnətdarlığını bildirib
Hanoyda İlham Əliyevin və Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib
Siyasət 14:55
Hanoyda İlham Əliyevin və Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib
İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub - yenilənib
Siyasət 11:31
İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub - yenilənib
Prezident gürcüstanlı həmkarına başsağlığı verib
Siyasət 08:30
Prezident gürcüstanlı həmkarına başsağlığı verib
Azərbaycan və Vyetnam arasında bir sıra sənədlər mübadilə edilib
Siyasət 08:17
Azərbaycan və Vyetnam arasında bir sıra sənədlər mübadilə edilib
İlham Əliyevin Hanoyda rəsmi qarşılanma mərasimi keçirilib
Siyasət 08:03
İlham Əliyevin Hanoyda rəsmi qarşılanma mərasimi keçirilib
İŞİD-in Xorasan qruplaşmasına qoşulan azərbaycanlılar həbs edildi
Siyasət 19:30
İŞİD-in Xorasan qruplaşmasına qoşulan azərbaycanlılar həbs edildi
Baş nazir Əli Əsədov İrakli Kobaxidzeyə başsağlığı verib
Siyasət 14:24
Baş nazir Əli Əsədov İrakli Kobaxidzeyə başsağlığı verib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol