• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan polisi erməni nömrəli maşını saxlamır - Erməni qubernator

Azərbaycan polisi erməni nömrəli maşını saxlamır  - Erməni qubernator
14.09.2021 15:41
Zəngəzur vilayətinin qubernatoru Melikset Poqosyan Gorus-Qafan yolu barədə danışıb.
 
"Hər şeydən çox mən özüm haqda düşünürəm. Çünki hər gün bu yolla gedəndə qarşımda silahlı türkləri (Azərbaycan polisi nəzərdə tutulur) görürəm. Üç nəsil vuruşan mənim üçün türkü görməkdən pis heç nə yoxdur. Mənim təzyiqim qalxır, halım hamıdan pisdir".
 
Anews.az xəbər verir ki, bunu erməni mediasına açıqlamasında Zəngəzur vilayətinin qubernatoru Melikset Poqosyan Gorus-Qafan yolunun Azərbaycandan keçən hissəsində polis postu qurulması haqqında deyib.

Poqosyan bildirib ki, azərbaycanlılar onun maşınını saxlamır:
 
"Azərbaycan polisi erməni nömrə nişanlı bir maşını da saxlamır. Onlar yalnız İran maşınlarını saxlayır və onların sənədlərini yoxlayır. Səbəbini bilmirəm".
 
İran yük maşınlarının son bir ayda Azərbaycan sərhədini pozaraq, Qarabağa yük daşımaqda davam etdiyi faktı bir neçə gün öncə ortaya çıxıb. Belə ki, iyulun əvvəlindən avqustun ilk ongünlüyünə qədər Qarabağa 35 yük maşınının 70 dəfə girib çıxdığı müəyyənləşmişdisə, İrana nota verilməsindən sonra 11 avqust-10 sentyabr tarixlərində 58 İran yük maşınının qanunsuz olaraq Qarabağa gəldiyi aşkarlandı.

12 sentyabr 12:00-dan etibarən, Azərbaycan polisi Gorus-Qafan yolunun Azərbaycandan keçən 21 km-lik hissəsində qurduğu polis postunda İran maşınlarını yoxlamağa başlayıb.
 
Fehruz Rza

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol