• $
  • €
  • ₽
  • ₺
  • £

Niyaməddin Əhmədov həbsdə intihara cəhd edib?- Vəkili danışıb

Niyaməddin Əhmədov həbsdə intihara cəhd edib?- Vəkili danışıb
12.10.2021 15:04
Azərbaycan Xalq Cəbhəsi Partiyasının  fəalı Niyaməddin Əhmədovun intihara cəhd etməsi barədə xəbərlər təsdiqini tapmayıb, bu barədə onun vəkili Zibeydə Sadıqova bildirib.

«Hazırda Niyaməddin Əhmədovla görüşdən gəlirəm. Özünə qəsd etməsi xəbəri doğru deyil. Səhhəti yaxşı olmasa da, aclığı davam etdirir. Partiya rəhbərliyinin, valideynlərinin aclığı dayandırmaqla bağlı xahişlərini bir daha Niyaməddin Əhmədova çatdırdım. Sabah bu barədə qərar verəcək", - vəkil deyib.
Vəkil sabah yenidən İstintaq Təcridxanasında Niyaməddin Əhmədovla görüşəcəyini bildirib. (Turan İA)

*   *   *
2021 Oktyabr 12 (Çərşənbə axşamı) 13:39:14

Hüquq müdafiəçisi: "Niyaməddin Əhmədov intihara cəhd edib”
Bakı/12.10.21/Turan: Xalq Cəbhəsi Partiyasının fəalı, 1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılan Niyaməddin Əhmədov intihara cəhd edib. Bu barədə "Müdafiə xətti" İctimai Birliyinin icraçı direktoru Rüfət Səfərov Facebook səhifəsində yazıb.
"Niyaməddin Əhmədov intihara cəhd edib, onun qarşısı alınıb. Niyaməddinin vəziyyəti çox ağırdır", - Səfərov Əhmədovla eyni korpusda saxlanılan məhbusa istinadən bildirib.

Mənbənin məlumatına görə, Əhmədovun kamerası qarşısında gecə-gündüz nəzarət postu quraşdırılıb.
 

Niyaməddin Əhmədov Azərbaycan Xalq Cəbhəsi Partiyasının lideri Əli Kərimlinin ictimai əsaslarla mühafizəçisidir. 16 aprel 2020-ci il tarixində karantin rejimini pozduğuna və polisə müqavimət göstərdiyinə görə 30 sutka həbs edilib.
Sonradan  ona qarşı terrorizmin maliyyələşdirilməsi ittihamı irəli sürülüb və səbəb kimi xaricdən pul alması göstərilib.
Əhmədov həbsdə olarkən ondan partiya liderinin əleyhinə ifadə almaq üçün işgəncələrə məruz qoyublar. Ancaq o, ifadə verməyib.
Oktyabrın 8-də məhkəmə onu 13 il müddətinə azadlıqdan məhrum edib.
Sentyabrın 22-dən, prokurorun Əhmədovun barəsində ittiham hökmünü oxuduğu vaxtdan aclıq edir.
Hüquq müdafiəçiləri Niyaməddin Əhmədovu siyasi məhbus kimi tanıyıblar.

Müdafiə tərəfi birinci instansiya məhkəməsinin qərarından apellyasiya verəcək.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol