• $
  • €
  • ₽
  • ₺
  • £

Leyla Abdullayeva Ermənistanın xarici işlər nazirinə cavab verib

Leyla Abdullayeva Ermənistanın xarici işlər nazirinə cavab verib
02.02.2022 14:55
Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Ermənistan xarici işlər nazirinin "Azərbaycanın beynəlxalq təşkilatların Qarabağda fəaliyyətinə maneə törətməsi” ilə bağlı fikrinə münasibət bildirib.

Azərbaycanın XİN rəsmisi ölkənin beynəlxalq təşkilatlarla qarşılıqlı faydalı və uğurla inkişaf edən münasibətlərinin mövcud olduğunu xatırladıb.

"Ölkəmizin çoxtərəfli platformalarda fəal iştirakı, o cümlədən bir sıra təşkilatlarda uğurlu sədrlik təcrübəsi hər kəsə bəllidir. Beynəlxalq təşkilatların Azərbaycan ərazisində fəaliyyətinə gəldikdə xatırlatmaq istərdik ki, BMT Baş Assambleyasının humanitar yardımın əlaqələndirilməsi ilə bağlı 1991-ci il 19 dekabr tarixli qətnaməsinə uyğun olaraq, bu kimi fəaliyyət qəbul edən dövlətin suverenliyi və ərazi bütövlüyünə hörmət prinsipli əsasında həyata keçirilməlidir. Beynəlxalq təşkilatların Azərbaycan ərazisindəki fəaliyyəti də məhz bu prinsipə uyğun həyata keçirilir. Ermənistan xarici işlər nazirinin diqqətinə çatdırırıq ki, ölkəmizin suveren torpaqlarında hər hansı beynəlxalq təşkilatın fəaliyyəti, Azərbaycan ilə aidiyyəti beynəlxalq təşkilatın ikitərəfli məsələsidir. Üçüncü dövlətin nümayəndəsinin bu xüsusda şərhi yersiz və əsassızdır. Yaxşı olardı ki, Ermənistan xarici işlər naziri bilavasitə ölkəsinin üzərinə götürdüyü öhdəliklərin icrası və bölgədə sülhün quruculuğu ilə bağlı məsələləri şərh etsin" - XİN rəsmisi əlavə edib.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Draqan Vladisavljeviç "Dostluq" ordeni ilə təltif edilib
Siyasət 14:09
Draqan Vladisavljeviç "Dostluq" ordeni ilə təltif edilib
İlham Əliyev Kamboca Kralını təbrik edib
Siyasət 11:48
İlham Əliyev Kamboca Kralını təbrik edib
МИД Турции поздравил Азербайджан с Днем Государственного флага
Siyasət 11:22
МИД Турции поздравил Азербайджан с Днем Государственного флага
Türkiyə XİN Azərbaycanı Dövlət Bayrağı Günü münasibətilə təbrik edib
Siyasət 10:10
Türkiyə XİN Azərbaycanı Dövlət Bayrağı Günü münasibətilə təbrik edib
Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib
Siyasət 08:55
Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib
Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə videoçarx paylaşılıb
Siyasət 08:46
Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə videoçarx paylaşılıb
Ankarada Zəfər Günü münasibətilə Azərbaycanı təbrik ediblər
Siyasət 22:30
Ankarada Zəfər Günü münasibətilə Azərbaycanı təbrik ediblər
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatıb
Siyasət 21:30
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatıb
Liderlər və birinci xanımlar təltif olunan hərbçilərlə görüşüblər
Siyasət 20:30
Liderlər və birinci xanımlar təltif olunan hərbçilərlə görüşüblər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol