• $
  • €
  • ₽
  • ₺
  • £

Fransadan Azərbaycana əməkdaşlıq TƏKLİFİ

Fransadan Azərbaycana əməkdaşlıq TƏKLİFİ
08.02.2022 23:39
"Fevralın 7-də Azərbaycanın 8 erməni əsgərini qarşı tərəfə təhvil verməsi və onların Fransa təyyarəsi ilə İrəvana göndərilməsi hazırda Avropada yaşadığımız gərgin təhlükəsizlik kontekstində yaxşı xəbərdir”.
 
Anews.az xəbər verir ki, bunu Fransanın Azərbaycandakı səfiri Zakari Qross deyib.
 
Fransalı diplomat bildirib ki, hər iki tərəfin bu cür xoşməramlı jestləri Azərbaycan və Ermənistanın sülhə doğru irəliləməsinə şərait yaradacaq.
 
"8 erməni əsgərinin qarşı tərəfə təhvil verilməsi Fransa Prezidenti Emmanuel Makron və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin dəstəyi ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş nazir Nikol Paşinyanın başladıqları dialoq, diplomatiya və gərginliyin azaldılması səylərinin nəticəsidir. Bu, xüsusilə dörd liderin fevralın 4-də onlayn keçirilən görüşündən sonra baş verdi”.

Səfir deyib ki, Fransa Azərbaycanın bu jestini yüksək qiymətləndirir.
 
"8 erməni əsgərinin qaytarılması sərhəddə gərginliyin azaldılması, delimitasiya və demarkasiya, Azərbaycan və Ermənistan arasında kommunikasiya xətlərinin açılması kimi sahələrdə güclü siyasi iradə tələb edəcək",- deyə Zakari Qross əlavə edib.
 
O bildirib ki, sülh prosesinə keçid humanitar sahədə digər irəliləyişlərə də yol açacaq. Zakari Qross minalardan təmizləmə və mina qurbanlarına yardım sahəsində Fransanın ANAMA ilə əməkdaşlıq təklifi irəli sürdüyünü bildirib:
 
"Onilliklərlə davam edən münaqişədən sonra əhali arasında etimadı bərpa etmək və ailələrin ağrı-acısını yüngülləşdirmək, xüsusən də saxlananların öz yaxınlarına qovuşmasına imkan yaratmaq, itkin düşənlərin qalıqlarını müəyyən etmək, mina qurbanlarına yardım göstərmək və ərazilərin minalardan təmizlənməsini təmin etmək həqiqətən də lazımdır. Məhz bu səbəbdən Fransa ötən il olduğu kimi 2022-ci ildə də Beynəlxalq Qırmızı Xaç Komitəsinin köməyi ilə itkin düşmüş şəxslərin müəyyən edilməsinə kömək etmək üçün tərəflərlə və xüsusilə Azərbaycanla işləməyə davam edəcək".

 


www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Siyasət 17:47
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Siyasət 16:30
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Siyasət 12:26
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Siyasət 19:56
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol