• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan Prezidenti Roma Papasını təbrik edib

Azərbaycan Prezidenti Roma Papasını təbrik edib
12.03.2022 14:40
Azərbaycan Prezidenti İlham Əliyev Roma Papası Fransiski Tacqoyma Günü münasibətilə təbrik edib.

Təbrik məktubunda Müqəddəs Taxt-Tac ilə münasibətlərin Azərbaycan üçün xüsusi əhəmiyyət daşıdığı vurğulanıb.

"Çoxəsrlik tolerantlıq ənənələrinə və multikultural dəyərlərə sadiq qalan Azərbaycanla Müqəddəs Taxt-Tac arasında illərdən bəri təşəkkül tapmış ali səviyyəli səmimi dialoq və qarşılıqlı anlaşma bizi olduqca sevindirir. Bu münasibətlərin möhkəmlənməsinə Sizin şəxsi töhfənizi yüksək qiymətləndirir, dinlərarası və mədəniyyətlərarası konstruktiv dialoqun təşviqində Azərbaycanın öncül roluna verdiyiniz qiymətə görə minnətdarlığımı bildirirəm.

Azərbaycanda dini-mənəvi müxtəlifliyin, o cümlədən xristian dini irsinin qorunub-saxlanılması dövlət siyasətinin əsas istiqamətlərindən birini təşkil edir. Bu xüsusda, ölkəmizdə katolik dini icmasına böyük diqqət və qayğı göstərilir. Eyni zamanda Heydər Əliyev Fondunun Vatikanda həyata keçirdiyi layihələr ölkəmizin dünya mədəni irsinin qorunmasına verdiyi önəmin bariz nümunəsidir”, - deyə təbrikdə qeyd olunub.

Prezident İlham Əliyev inandığını bildirib ki, ümumbəşəri dəyərlərin təbliği və sivilizasiyalararası anlaşmanın bərqərar olması naminə Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasında qarşılıqlı fəaliyyət və səmərəli əməkdaşlıq bundan sonra da birgə səylərlə uğurla davam edəcək.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Siyasət 17:47
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Siyasət 16:30
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Siyasət 12:26
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Siyasət 19:56
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol