• $
  • €
  • ₽
  • ₺
  • £

Erməni deputatlar Qarabağa gəldilər - TƏXRİBAT

Erməni deputatlar Qarabağa gəldilər - TƏXRİBAT
11.08.2022 18:40
Ermənistan parlamentinin "Hayastan” blokundan olan bir qrup deputat bu gün Qarabağa yola düşüb.

Məlumatı "Hraparak” qəzeti yayıb.

Qəzet yazır ki, müxalifət deputatları "Laçın dəhlizi”ndəki Rusiya sülhməramlılarının onların Qarabağa daxil olmasına icazə verib-verməyəcəklərini yoxlamaq qərarına gəliblər.

Çünki rusiyalı hərbçilər bir müddət əvvəl erməni jurnalistlərin sərhədi keçib Qarabağa girməsinə icazə verməmişdilər.

"Hraparak” erməni deputatların artıq sərhədi keçdiklərini yazıb.
"Sərhədi keçən müxalifətçilərlə əlaqə saxladıq, dedilər ki, suallarımızı sonra cavablandıracaqlar. Bizə bildirdilər ki, onlar Ağavnoya (Laçının Zabux yaşayış məntəqəsində qanunsuz salınmış  qəsəbə-red.) yaxınlaşırlar”, - "Hraparak” yazıb.

Qəzet erməni deputatların Qarabağ səfərilə bağlı əlavə məlumat yayacağını vəd edib.

Qeyd edək ki, "Hayastan" blokunun lideri Ermənistanın ikinci prezidenti Robert Köçəryandır.

Xatırladaq ki, Azərbaycan tərəfi Laçın şəhəri, Zabux və Sus kəndlərində qanunsuz yaşayan ermənilərin avqustun 25-nə kimi çıxmalarını tələb edib. Hazırda həmin ərazilərdə yır-yığış başlayıb və ermənilər köçməyə hazırlaşırlar. Heç şübhəsiz ermənistanlı deputatların bölgəyə gəlişi təxribat xarakteri daşıyır. Onların məqsədi Laçında yaşayan mülki şəxslərin dirəniş göstərməsinə çalışmaq, yaşayış məntəqələrinin boşaldılmasına mane olmaqdır./Modern.az

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol