• $
  • €
  • ₽
  • ₺
  • £

BMT-nin baş katibi Yer kürəsinin sakinlərinə Yeni il müraciəti edib

BMT-nin baş katibi Yer kürəsinin sakinlərinə Yeni il müraciəti edib
29.12.2022 10:27
2023-cü ildə hər yerdə sülh əldə edilməlidir: Ukraynadan DXR-ə qədər. Bunu BMT-nin baş katibi Antonio Quterreş Yeni il müraciətində deyib.

Yeni ilin gəlişinin hər dəfə dirçəliş anı olduğunu qeyd edən BMT rəhbəri "köhnə ilin külünü süpürmək” və "yeni parlaq günə” hazırlaşmağın vaxtının yetişdiyini vurğulayıb.

BMT rəhbəri bildirib ki, gedən 2022-ci il çox çətin il olub. "Ukraynada, Əfqanıstanda, Konqo Demokratik Respublikasında və başqa yerlərdə insanlar daha yaxşı bir şey axtarmaq üçün evlərinin xarabalıqlarını tərk edərək köhnə həyatlarını tamamilə dəyişdilər".  Onun sözlərinə görə, dünyada müharibələrdən, meşə yanğınlarından, quraqlıqdan, yoxsulluqdan və aclıqdan qaçaraq yüz milyona yaxın insan evlərini tərk edib.

"2023-cü ildə biz indi həmişəkindən daha çox ehtiyac duyduğumuz sülhə nail olmalıyıq", - BMT rəhbəri vurğulayıb.

O əlavə edib ki, bu gün biz dialoq yolu ilə bir-birimizlə sülh bağlamalıyıq ki, bu da münaqişələrə son qoyacaq. BMT-nin Baş katibi daha davamlı gələcək üçün təbiətlə sülhün tərəfdarı olduğunu da bildirib. O, qadınların və qızların ləyaqət və təhlükəsizlik içində yaşaya biləcəyi evlərdə sülhün zəruriliyini xatırladıb.

António Guterres bütün insan hüquqlarına tam hörmətlə yanaşaraq "küçələrdə və qonşularımızla sülhə" çağırıb. O, dindarların hörmət etdiyi yerlərdə sülhə və digər insanların inanclarına qarşılıqlı hörmətə, həmçinin internetdə nifrət və təhqirlərdən uzaq sülhə çağırıb.

Antonio Quterreş əmindir ki, 2023-cü ildə bəşəriyyət sülhə nail olmağı öz söz və hərəkətlərinin əsas mənasına çevirməlidir.

"Gəlin 2023-cü ili həyatımızda, evlərimizdə və planetimizdə sülhün bərpası ili etmək üçün birlikdə çalışaq", - deyə BMT-nin baş katibi müraciətini yekunlaşdırıb.
 
Gülnar Nazimqızı 

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol