• $
  • €
  • ₽
  • ₺
  • £

Elçin Sadıqov vəkillər kollegiyasına təkrar müraciət edəcək

Elçin Sadıqov vəkillər kollegiyasına təkrar müraciət edəcək
07.07.2023 17:14
Vəkil Elçin Sadıqov vəkillik haqqında fəaliyyətinə xitam verilməsi ilə bağlı Vəkillər Kollegiyasına müraciət edəcək. O bu barədə anews.az-a açıqlamasında bildirib. 

Vəkillər Kollegiyası iyulun 6-da vəkil Elçin Sadıqovun Vəkillər Kollegiyasında fəaliyyətinə xitam verib. Bu barədə Kollegiyanın Rəyasət Heyəti qərar çıxarıb.  Vəkil Elçin Sadıqov bu qərarı siyasi adlandıraraq bildirib ki, son vaxtlar insanlara polis darələrində  işgəncələrin verilməsi haqqında məsələ qaldırdığı üçün  barəsində belə bir qərar çıxarılıb.  Vəkil Bu şikayətin jurnalist Eynulla Fətullayev tərəfindən edildiyini də bildirib. 

"Hüquqi cəhətdən Vəkillər kollegiyası belə bir qərar qəbul edə bilməzdi. Çünki Eynulla Fətullayevin şikayət etmək hüquqi yox idi. Onun şikayəti icraata qəbul edilə bilməzdi. Eynulla Fətullayevla hər hansı vəkillik fəaliyyətimlə münasibətdə olmamışam. Şikayətdə araşdırılan diranaqarası məsələ Baş Prokurorluqda araşdırmada olduğuna görə, Kollegiya bu məsələni araşdıra  və Prokurorluqdan fərqli nəticəyə gələ bilməzdi. Kollegiyadan mənə qərarın məzmunu ilə bağlı məlumat verilməyib”, - Sadıqov bildirib. 

Vəkilin sözlərinə görə, qərara yenidən baxılması üçün Kollegiyaya müraciət edəcək. Eyni qərar təkrar çıxarılarsa vəkil kollegiyanı  məhkəməyə vermək fikrində olduğunu bildirib.  

Vəkillər Kollegiyasının sözçüsü Səttar Məmmədov isə anews.az-a bildirilib ki, vəkil Elçin Sadıqov hazırda kollegiyadan uzaqlaşdırılmayıb, sadəcə fəaliyyəti dayandırılıb. 

"Vəkillər haqqında” qanuna əsasən hər hansı bir vəkili birbaşa üzvlükdən çıxarmaq olmaz. Üzvlükdən xarici olunma ilə bağlı biz məhkəməyə mürciət edirik. Elçın Sadıqov hal-hazırda kollegiyadan uzaqlaşdırılmayıb, sadəcə fəaliyyəti dayandırılıb. Kollegiyadan uzaqlaşdırılmasına məhkəmə qərar verəcək. Məsələ siyasi proseslə bağlı deyil. Konkret müraciət əsasında məsələyə baxlıb. Kimin müraciət etməsi ilə bağlı Elçin Sadıqov öz hesabında məlumat verib", - Məmmədov deyib. 
 
Məmmədov həmçinin bildirilib ki, Elçın Sadıqova iclasda iştirakla bağlı bütün lazım olan bildirişlər və mesajlar göndərilib.
 
Rabiyya Hale Seferoğlu
Gülnar Nazimqızı



www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezident Türkiyəyə səfərə gedib
Siyasət 19:25
Prezident Türkiyəyə səfərə gedib
Serbiyanın Azərbaycandakı səfirinə "Dostluq" ordeni təqdim olunub
Siyasət 13:27
Serbiyanın Azərbaycandakı səfirinə "Dostluq" ordeni təqdim olunub
Azərbaycan XİN Polşaya başsağlığı verib
Siyasət 12:31
Azərbaycan XİN Polşaya başsağlığı verib
Azərbaycan Prezidenti polşalı həmkarına başsağlığı verib
Siyasət 12:05
Azərbaycan Prezidenti polşalı həmkarına başsağlığı verib
İlham Əliyev Ərdoğana başsağlığı verib
Siyasət 11:47
İlham Əliyev Ərdoğana başsağlığı verib
Prezidentin sosial media hesablarında Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx paylaşılıb
Siyasət 10:10
Prezidentin sosial media hesablarında Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx paylaşılıb
Azərbaycan Türkiyəyə başsağlığı verib
Siyasət 20:30
Azərbaycan Türkiyəyə başsağlığı verib
Özgür Özəl İlham Əliyevə zəng edib
Siyasət 15:09
Özgür Özəl İlham Əliyevə zəng edib
Draqan Vladisavljeviç "Dostluq" ordeni ilə təltif edilib
Siyasət 14:09
Draqan Vladisavljeviç "Dostluq" ordeni ilə təltif edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol