• $
  • €
  • ₽
  • ₺
  • £

Moskvada Azərbaycan-Rusiya Hökumətlərarası Komissiyasının 21-ci iclası keçirilib

Moskvada Azərbaycan-Rusiya Hökumətlərarası Komissiyasının 21-ci iclası keçirilib
07.07.2023 18:54
Bu gün Moskvada Azərbaycan və Rusiya arasında İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 21-ci iclası keçirilib.
 
Nazirlər Kabinetindən  verilən xəbərə görə, iclasda Azərbaycan və Rusiya tərəfdən komissiyanın sədrləri – Baş nazirin müavini Şahin Mustafayev və Rusiya Baş nazirinin müavini Aleksey Overçuk, o cümlədən müvafiq dövlət qurumlarının rəhbərləri və səlahiyyətli şəxsləri iştirak ediblər.

Tərəflər Azərbaycan-Rusiya dostluq əlaqələrinin inkişafından məmnunluqlarını ifadə ediblər. Qeyd edilib ki, Azərbaycan və Rusiya prezidentləri arasında aktiv siyasi dialoq və şəxsi əlaqələr ikitərəfli əməkdaşlığın bütün spektrlərinin yüksək dinamikasının təmin edir.
 
Nəzərə çatdırılıb ki, Azərbaycan-Rusiya ticari-iqtisadi əlaqələri xüsusən müsbət dinamikaya malikdir. Ölkələr arasında ticarət dövriyyəsi 2022-ci ildə 24 faiz artıb və 3,7 milyard dolları ötüb.
 
Qarşılıqlı investisiyalar da artıb. Azərbaycan-Rusiya və Rusiya-Azərbaycan İşgüzar Şuralarının işgüzar dairələr arasında birbaşa əlaqələrin qurulmasına verdiyi töhfə müsbət qiymətləndirilib. Tərəflər həmçinin sənaye kooperasiyalarının uğurlu inkişafını qeyd ediblər. Bildirilib ki, aqrar-sənaye kompleksi sahəsində əməkdaşlıq yaxşı templərlə inkişaf edir.

Tərəflərin nəqliyyat-logistika əlaqələrinin inkişafına xüsusi əhəmiyyət verdiyi vurğulanıb. Yükdaşımalar sahəsində müsbət dinamika var, 2022-ci ildə yükdaşımalar 36 faiz artıb. Eyni zamanda Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi layihəsinin tərəflər prioritet olaraq qiymətləndiriblər.

Tərəflər qarşılıqlı maraq doğuran sahələrdə ikitərəfli əlaqələrin inkişafı perspektivlərini müzakirə edib, qarşılıqlı faydalı əməkdaşlıq sahəsində konstruktiv dialoqun davam etdiriləcəyinə maraqlarını ifadə ediblər.

Yekunda Şahin Mustafayev və Aleksey Overçuk Hökumətlərarası Komissiyanın 21-ci iclasının Protokolunu imzalayıblar.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezident Türkiyəyə səfərə gedib
Siyasət 19:25
Prezident Türkiyəyə səfərə gedib
Serbiyanın Azərbaycandakı səfirinə "Dostluq" ordeni təqdim olunub
Siyasət 13:27
Serbiyanın Azərbaycandakı səfirinə "Dostluq" ordeni təqdim olunub
Azərbaycan XİN Polşaya başsağlığı verib
Siyasət 12:31
Azərbaycan XİN Polşaya başsağlığı verib
Azərbaycan Prezidenti polşalı həmkarına başsağlığı verib
Siyasət 12:05
Azərbaycan Prezidenti polşalı həmkarına başsağlığı verib
İlham Əliyev Ərdoğana başsağlığı verib
Siyasət 11:47
İlham Əliyev Ərdoğana başsağlığı verib
Prezidentin sosial media hesablarında Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx paylaşılıb
Siyasət 10:10
Prezidentin sosial media hesablarında Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx paylaşılıb
Azərbaycan Türkiyəyə başsağlığı verib
Siyasət 20:30
Azərbaycan Türkiyəyə başsağlığı verib
Özgür Özəl İlham Əliyevə zəng edib
Siyasət 15:09
Özgür Özəl İlham Əliyevə zəng edib
Draqan Vladisavljeviç "Dostluq" ordeni ilə təltif edilib
Siyasət 14:09
Draqan Vladisavljeviç "Dostluq" ordeni ilə təltif edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol