• $
  • €
  • ₽
  • ₺
  • £

Ermənistan Arazdəyəndə tikilən zavodla bağlı Azərbaycanın məktubuna cavab verib

Ermənistan Arazdəyəndə tikilən zavodla bağlı Azərbaycanın məktubuna cavab verib
08.08.2023 15:26
Ermənistan Naxçıvan Muxtar Respublikası ilə həmsərhəd bölgədə - Arazdəyəndə iri metallurgiya zavodunun inşasının ekoloji standartlara əməl edilməməsi ilə bağlı iradlarını rədd edib. Bu barədə Ermənistanın Ətraf Mühit Nazirliyinin bəyanatında deyilir.
 
İyulun 20-də Azərbaycan hökuməti Ermənistandan Naxçıvan Muxtar Respublikası ilə həmsərhəd bölgədə - Arazdəyəndə iri metallurgiya zavodunun inşasının dayandırılmasını tələb edib. 

"Ermənistan hakimiyyəti "Yerasxda" tikilməkdə olan metallurgiya zavodu ilə bağlı Azərbaycanın məktubuna cavab verib. Ermənistan Azərbaycanın tikinti zamanı ekoloji standartlara əməl edilməməsi ilə bağlı ittihamlarını rədd edib. Təklif olunan fəaliyyət Konvensiyanın I Əlavəsində sadalanan fəaliyyətlərdən biri olmayan, yalnız elektrik induksiya sobasından istifadə etməklə kiçik həcmli dəmir qırıntılarının emalıdır. Azərbaycanın Espoo konvensiyasına uyğun olaraq zavodun tikinti işlərinin dərhal dayandırılması tələbinin heç bir əsası yoxdur”, - Ermənistanın Ətraf Mühit Nazirliyinin bəyanatında deyilir.

Ermənistan Naxçıvan və Türkiyə ilə yaxın ərazidə - tarixi Azərbaycan torpağı olan Arazdəyəndə ABŞ sərmayəsi ilə 70 milyon dollarlıq iri metallurgiya zavodu inşasına başlayıb. 16 500 kvadratmetr ərazini əhatə edəcək zavodun illik istehsal gücü 180 000 ton olacaq.
 
Zavodun inşası geniş zolaqda ətraf mühitin, ekosistemin pozulmasına, havanın zəhərli tullantılarla çirklənməsinə gətirib çıxara bilər. Bu da Naxçıvan, o cümlədən Sədərək sakinlərinin narazılığına səbəb olub.
 
Zavodun inşası Sədərəkdə mal-qaranın və əkinlərin məhvinə, insanların ciddi xəstəliklərlə üzləşməsinə gətirib çıxara bilər. Çünki təsərrüfatlarda Ermənistandan gələn "Şir Arxı”nın suyundan istifadə edilir.
 
Gülnar 



www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Serbiyanın Azərbaycandakı səfirinə "Dostluq" ordeni təqdim olunub
Siyasət 13:27
Serbiyanın Azərbaycandakı səfirinə "Dostluq" ordeni təqdim olunub
Azərbaycan XİN Polşaya başsağlığı verib
Siyasət 12:31
Azərbaycan XİN Polşaya başsağlığı verib
Azərbaycan Prezidenti polşalı həmkarına başsağlığı verib
Siyasət 12:05
Azərbaycan Prezidenti polşalı həmkarına başsağlığı verib
İlham Əliyev Ərdoğana başsağlığı verib
Siyasət 11:47
İlham Əliyev Ərdoğana başsağlığı verib
Prezidentin sosial media hesablarında Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx paylaşılıb
Siyasət 10:10
Prezidentin sosial media hesablarında Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx paylaşılıb
Azərbaycan Türkiyəyə başsağlığı verib
Siyasət 20:30
Azərbaycan Türkiyəyə başsağlığı verib
Özgür Özəl İlham Əliyevə zəng edib
Siyasət 15:09
Özgür Özəl İlham Əliyevə zəng edib
Draqan Vladisavljeviç "Dostluq" ordeni ilə təltif edilib
Siyasət 14:09
Draqan Vladisavljeviç "Dostluq" ordeni ilə təltif edilib
İlham Əliyev Kamboca Kralını təbrik edib
Siyasət 11:48
İlham Əliyev Kamboca Kralını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol