• $
  • €
  • ₽
  • ₺
  • £

İƏT dünya ictimaiyyətini İrəvana qarşı səmərəli tədbirlər görməyə çağırıb

İƏT dünya ictimaiyyətini İrəvana qarşı səmərəli tədbirlər görməyə çağırıb
10.09.2023 09:10
İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki separatçıların keçirdiyi qondarma "seçkilər”i tanımadığını bəyan edib və dünya ictimaiyyətini Ermənistanın destruktiv addımlar atmasının qarşısını almaq üçün effektiv tədbirlər görməyə çağırıb.

Bu barədə İƏT-in bəyanatında bildirilib.

"Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycanın beynəlxalq səviyyədə tanınmış Qarabağ bölgəsində keçirilən qondarma "seçkilər” bölgədə beynəlxalq hüquqa zidd olan mövcud vəziyyəti birtərəfli qaydada legitimləşdirmək cəhdlərinin yeni təzahürüdür. Bu addım BMT Təhlükəsizlik Şurasının qətnamələri, İƏT qətnamələri və ATƏT prinsipləri daxil olmaqla beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır.

İƏT Baş Katibliyi Azərbaycan və Ermənistanın sülh danışıqlarını davam etdirməyə çalışdığı bir vaxtda keçirilən bu "seçkiləri” danışıqlara xələl gətirən addım kimi qiymətləndirir. İƏT Baş Katibliyi özündə Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün pozulmasını ehtiva edən bu qeyri-legitim seçkiləri tanımır. O, BMT-ni və beynəlxalq ictimaiyyəti bu seçkiləri tanımamağa və Ermənistanın regionda kövrək normallaşma səylərinə təhlükə yaradan addımlar atmasının qarşısını almaq üçün səmərəli tədbirlər görməyə çağırır”, - Təşkilat qeyd edib.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol