• $
  • €
  • ₽
  • ₺
  • £

Beynəlxalq axtarışa verilən şəxslər Avropa dövlətlərindən Azərbaycana gətirilib

Beynəlxalq axtarışa verilən şəxslər Avropa dövlətlərindən Azərbaycana gətirilib
22.09.2023 20:53
Beynəlxalq axtarışa verilən şəxslər Avropa dövlətlərindən bütün beynəlxalq prosedurlara, o cümlədən tranzitlə bağlı qaydalara riayət olunmaqla Azərbaycana gətirilib.

Bu barədə Ədliyyə Nazirliyindən məlumat verilib.

Ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi, cinayətkarlıqla mübarizənin gücləndirilməsi, mülkiyyətin qorunması, cəzanın labüdlüyü prinsipinin təmin edilməsi üzrə önəmli tədbirlər görülür.

Ədliyyə Nazirliyi tərəfindən ikitərəfli müqavilələr və çoxtərəfli konvensiyalar üzrə cinayət törətmiş şəxslərin təslim edilməsi (ekstradisiya), hüquqi yardım və digər sahələrdə müxtəlif ölkələrlə səmərəli əməkdaşlıq edilir.

Xarici tərəfdaşlarla sıx işgüzar əlaqələrin qurulması, o cümlədən nazirliyin Avropa Şurası Cinayət məsələlərində əməkdaşlığa dair Ekspertlər Komitəsinin rəhbərliyində təmsil olunması, xüsusilə ölkəmizdə insan haqlarının, o cümlədən məhkumların və təqsirləndirilən şəxslərin hüquqlarının təmin edilməsi, onların saxlanma şəraitinin yaxşılaşdırılaraq beynəlxalq standartlara uyğunlaşdırılması bu sahədə fəaliyyətə müsbət təsir edir.

Ötən aylarda dələduzluq əməlləri ilə vətəndaşlara xeyli ziyan vurmuş, vəzifə səlahiyyətlərindən sui-istifadə, mənimsəmə və israf etmə, narkotik vasitələrin satışı və digər cinayət əməllərinin törədilməsində ittiham edilərək beynəlxalq axtarışa verilən şəxslər Avropa dövlətlərindən bütün beynəlxalq prosedurlara, o cümlədən tranzitlə bağlı qaydalara riayət olunmaqla ölkəyə gətirilib.

Ədliyyə Nazirliyinin Beynəlxalq əməkdaşlıq idarəsinin və Penitensiar xidmətin məsul əməkdaşları tərəfindən bu günlərdə isə insanlara külli miqdarda ziyan vurmaqla dələduzluq cinayət əməlinin törədilməsində təqsirləndirilən şəxsin Almaniyadan Azərbaycana təslim edilməsi təmin olunub.

Nazirlik tərəfindən bu sahədə lazımi tədbirlər davam etdirilir. Belə ki, kibercinayət və oğurluq əməlləri törədən şəxslərin ekstradisiyasına dair Böyük Britaniya və Polşa ilə mürəkkəb beynəlxalq prosedurlara riayət olunmaqla razılıq əldə edilib və onların yaxın zamanda ölkəyə gətirilməsi gözlənilir.

Cinayətkarlıqla mübarizədə müstəsna rolu olan cəzanın labüdlüyü prinsipinin təmin edilməsi cinayətkarların özlərini heç yerdə təhlükəsizlikdə hiss etmələrinin qarşısını alır.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol