• $
  • €
  • ₽
  • ₺
  • £

Ceyhun Bayramov BMT-də Sergey Lavrovla görüşüb - Yenilənib

Ceyhun Bayramov BMT-də Sergey Lavrovla görüşüb - Yenilənib
22.09.2023 23:35

22 sentyabr 2023-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 78-ci sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovla görüşüb.

Bu barədə XİN-dən bildirilib.
 
Görüş zamanı, Azərbaycan və Rusiya arasında əməkdaşlıq məsələləri, habelə bölgədə son vəziyyət müzakirə olunub.
Nazir Ceyhun Bayramov, Azərbaycanın Qarabağ bölgəsində həyata keçirilən antiterror tədbirləri zamanı Rusiya sülhməramlı kontingentinin üzvlərinin həlak olması ilə bağlı Rusiya Federasiyası və həlak olan şəxslərin ailələrinə dərin hüznlə başsağlığı verib. Məsələ ilə bağlı araşdırma aparıldığı və istintaq tədbirləri barədə məlumat verilib.

Nazir Ceyhun Bayramov, Azərbaycan tərəfindən Qarabağ bölgəsində beynəlxalq hüquq və Azərbaycan, Rusiya və Ermənistan liderləri arasında imzalanmış 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanata zidd olaraq mövcudluğunu davam etdirən qeyri-qanuni erməni silahlı birləşmələrinə qarşı görülən antiterror tədbirləri barədə qarşı tərəfi ətraflı məlumatlandırıb.

24 saatdan az bir zaman çərçivəsində həyata keçirilən antiterror tədbirlərinin 30 ilə yaxın işğal dövründən qalma, sonrakı mərhələlərdə, hətta post-münaqişə dövründə belə Ermənistan tərəfindən maliyyələşdirilən və dəstəklənən qanunsuz hərbi mövcudluğun varlığına son qoyulması ilə uğurla yekunlaşdığı qeyd olunub.

Hazırda isə bölgədə müvəqqəti yerləşmiş Rusiya sülhməramlı kontingenti ilə koordinasiya edilərək, ciddi şəkildə hərbiləşmiş erməni silahlı qüvvələrinin silah-sursatının müsadirəsi istiqamətində əməli addımların atıldığı diqqətə çatdırılıb.

Bu prosesə paralel olaraq, Qarabağ bölgəsində yaşayan erməni sakinlərlə reinteqrasiya prosesi istiqamətində dialoqun irəlilədildiyi, bu xüsusda ötən gün Yevlax şəhərində Azərbaycan Hökuməti və yerli erməni sakinlərin nümayəndələri arasında keçirilmiş görüşün nəticələrinə uyğun olaraq, bölgədə yaşayan dinc əhalinin ehtiyaclarının qarşılanması istiqamətində işlərin görüldüyü diqqətə çatdırılıb. Bu baxımdan, nazir Ceyhun Bayramov, antiterror tədbirlərinin həm bölgədə sülh və təhlükəsizliyin bərqərar edilməsi, həm də erməni sakinlərin reinteqrasiyası baxımından görülən işlərin intensivliyini artıracağına inandığımızı, bundan sonra da qeyd olunan istiqamətlərdə səylərimizi davam etdirəcəyimizi bildirib.

Görüşdə həmçinin, iki ölkə arasında mövcud əməkdaşlıq gündəliyində duran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.


 21:07

 
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov rusiyalı həmkarı Sergey lavrovla görüşüb.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Görüş BMT-də baş tutub.

Qarabağdakı Rusiya sülhməramlıların ölümünə görə Ceyhun Bayramov həmkarına üzürxahlıq edib.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol