• $
  • €
  • ₽
  • ₺
  • £

Şərti sərhəddə Ermənistan qoşunlarının intensiv hərəkəti müşahidə olunur -MN

Şərti sərhəddə Ermənistan qoşunlarının intensiv hərəkəti müşahidə olunur -MN
31.03.2024 08:43


Son zamanlar Ermənistan-Azərbaycan şərti sərhədinin müxtəlif istiqamətlərində Ermənistan silahlı qüvvələrinin canlı qüvvəsi, zirehli texnikası, artilleriya qurğuları, habelə digər ağır atəş vasitələrinin cəmləşdirilməsi və qoşunların intensiv hərəkəti müşahidə olunur.Bu barədə Müdafiə Nazirliyindən məlumat  verilib.

"Son vaxtlar Ermənistanda Azərbaycanı müharibə ilə hədələyən revanşist qüvvələrin daha da fəallaşması, Azərbaycana qarşı aqressiv ritorikanın yüksək həddə çatması və təxribat cəhdlərinə hazırlıq məqsədilə informasiya məkanında vəziyyətin gərginləşməsinə xidmət edən təhrikçi məlumatların sayının artması özünü büruzə verir.
 
Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycana qarşı hər hansı hərbi təxribat cəhdi olarsa, onun qarşısı Azərbaycan Ordusu tərəfindən qətiyyətlə alınacaqdır.

Bir daha bəyan edirik ki, vəziyyətin gərginləşməsinə və baş verə biləcək hər hansı təxribata görə bütün məsuliyyət tamamilə Ermənistan və onun havadarlarının üzərinə düşəcəkdir",- məlumatda bildirilir.


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Hərbi vəzifəlilərlə təlim toplanışı başlayıb
Siyasət 14:41
Hərbi vəzifəlilərlə təlim toplanışı başlayıb
Əliyev və Sərdar Berdiməhəmmədov arasında görüş keçirilib
Siyasət 14:14
Əliyev və Sərdar Berdiməhəmmədov arasında görüş keçirilib
Paşinyan Azərbaycan əsgərinin qaytarılmasından danışıb
Siyasət 13:26
Paşinyan Azərbaycan əsgərinin qaytarılmasından danışıb
Azərbaycan və Mərkəzi Asiya ölkələri birgə bəyanat imzalayıb
Siyasət 12:26
Azərbaycan və Mərkəzi Asiya ölkələri birgə bəyanat imzalayıb
İlham Əliyev Türkmənbaşıda tədbirdə iştirak edir
Siyasət 10:19
İlham Əliyev Türkmənbaşıda tədbirdə iştirak edir
Əliyev Türkmənistana işgüzar səfərə gedib
Siyasət 09:26
Əliyev Türkmənistana işgüzar səfərə gedib
Kamil Xasiyev etimadnaməsini Avstriya Prezidentinə təqdim edib
Siyasət 19:15
Kamil Xasiyev etimadnaməsini Avstriya Prezidentinə təqdim edib
Azərbaycanın həmmüəllifi olduğu qətnamə BMT İnsan Hüquqları Şurasında qəbul edilib
Siyasət 18:21
Azərbaycanın həmmüəllifi olduğu qətnamə BMT İnsan Hüquqları Şurasında qəbul edilib

Prezident İlham Əliyev Putinə zəng edib
Siyasət 15:37
Prezident İlham Əliyev Putinə zəng edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol