• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan-Özbəkistan regional əməkdaşlığı müzakirə edilib

Azərbaycan-Özbəkistan regional əməkdaşlığı müzakirə edilib
01.05.2024 23:25

Mayın 1-də Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Daşkənd İnvestisiya Forumu çərçivəsində Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarovun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.Bu barədə Özbəkistan Prezidentinin Mətbuat xidməti məlumat yayıb.

Mikayıl Cabbarov Azərbaycan Prezidenti İlham Əliyevin səmimi salamlarını və xoş arzularını dövlət başçısına çatdırıb.

Görüşdə Özbəkistan-Azərbaycan strateji tərəfdaşlıq münasibətlərinin daha da inkişaf etdirilməsi və dərinləşdirilməsi, o cümlədən əvvəllər əldə edilmiş razılaşmaların həyata keçirilməsi kontekstində praktiki əməkdaşlığın genişləndirilməsi məsələləri nəzərdən keçirilib.

Ötən il qarşılıqlı ticarət dövriyyəsi 27 faiz, ilin əvvəlindən isə daha 15 faiz artıb. Avtomobil sənayesi, energetika, kənd təsərrüfatı, elektrotexnika, tekstil, turizm və digər sənaye sahələrində əməkdaşlıq layihələri həyata keçirilir.

Söhbət zamanı layihələr portfelinin, o cümlədən Birgə İnvestisiya Şirkətinin vəsaitlərinin cəlb edilməsi ilə daha da artırılmasının vacibliyi vurğulanıb.

Qeyd olunub ki,yaxın vaxtlarda Hökumətlərarası Komissiyanın növbəti iclası və iki ölkənin ikinci Regionlar Forumu keçiriləcək.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol