• $
  • €
  • ₽
  • ₺
  • £

Sahibə Qafarova Belarus Respublikasının Baş naziri ilə görüşüb

Sahibə Qafarova Belarus Respublikasının Baş naziri ilə görüşüb
12.06.2024 23:24

Milli Məclisin sədri Sahibə Qafarova Belarus Respublikasına rəsmi səfəri çərçivəsində bu ölkənin Baş naziri Roman Qolovçenko ilə görüşüb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, son bir ayı Azərbaycan-Belarus əməkdaşlığı ayı kimi qiymətləndirən Baş nazir deyib ki, bu dövr ərzində ölkə rəsmiləri arasında qarşılıqlı səfərlərin həyata keçirilməsində kifayət qədər intensivlik müşahidə olunub.

Onun sözlərinə görə, Belarus Prezidenti Aleksandr Lukaşenkonun Azərbaycana, Azərbaycan Baş nazirinin Belarusa səfəri, həmçinin Hökumətlərarası Komissiyanın Minskdə keçirilmiş növbəti iclası fonunda Milli Məclis sədrinin Belarusa səfəri ölkələr arasında münasibətlərin inkişafına çox mühüm töhfələr verməklə yanaşı, əlaqələrin yüksək səviyyədə olduğunun göstəricisidir.

Görüşdə iki ölkə arasında əlaqələrin inkişafında dövlət başçıları arasında mövcud olan yüksək səviyyəli münasibətlərin rolu xüsusi vurğulanıb. Bildirilib ki, dövlət başçılarının əlaqələrin genişləndirilməsinə dair tapşırıqları müvafiq dövlət qurumları tərəfindən uğurla yerinə yetirilir.

Prezident İlham Əliyevin Belarus Respublikasına 2018-ci ildə həyata keçirilən rəsmi səfəri, o cümlədən Prezident Aleksandr Lukaşenkonun ötən ay Azərbaycana dövlət səfəri və bu səfərlər zamanı imzalanmış sənədlər münasibətlərə xüsusi təkan verib. Bu günədək Azərbaycan və Belarus arasında siyasi, iqtisadi, sosial, humanitar, elmi-texniki və regional əməkdaşlıq məsələlərini əhatə edən 150-yə yaxın sənəd imzalanıb ki, bu sənədlər ikitərəfli münasibətlərin inkişafı üçün möhkəm hüquqi əsaslar yaradıb.

Baş nazir Roman Qolovçenko, parlamentlər arasında da əlaqələrin ölkələr arasında münasibətlərin ruhuna uyğun olaraq yüksək səviyyədə olmasından məmnunluğunu ifadə edərək, Milli Məclis sədrinin bu səfərinin əlaqələrin parlament ölçüsündə daha da genişləndirilməsinə mühüm töhfə verəcəyini qeyd edib.

Milli Məclisin sədri Sahibə Qafarova səfər çərçivəsində keçirilən görüşlər barədə məlumat verib. Bildirilib ki, səfər çərçivəsində ölkələrimiz arasında əməkdaşlığın bir çox sahələrinə dair fikir mübadiləsi aparılıb. O cümlədən, qanunvericilik sahəsində münasibətlərin daha da dərinləşdirilməsi ilə bağlı faydalı müzakirələr olub. Qeyd olunub ki, ölkələrimiz arasında əlaqələrə daha da böyük töhfə vermək üçün qanunvericilik sahəsində birgə fəaliyyət, o cümlədən parlament komitələri arasında əməkdaşlığın daha da dərinləşdirilməsi məqsədəuyğundur.

Azərbaycanın müstəqillik dövründə əldə etdiyi nailiyyətlər barədə qarşı tərəfə məlumat verən Milli Məclisin sədri deyib ki,Heydər Əliyev ölkədə xalqın təkidli tələbi ilə hakimiyyətə gəldikdən sonra Azərbaycan inkişaf yoluna qədəm qoyub. Ölkənin iqtisadi-sosial inkişafının əsasları formalaşdırılıb. Ulu Öndərin rəhbərliyi ilə həyata keçirilən neft strategiyası ölkəmizin qarşısında böyük imkanlar açıb. Hazırda isə Prezident İlham Əliyevin uğurlu rəhbərliyi ilə Azərbaycan bütün istiqamətlər üzrə böyük nailiyyətlər əldə edir.

Baş nazir Roman Qolovçenko da deyib ki, Azərbaycan müstəqillik dövründə möhtəşəm inkişaf yolu keçib.
Söhbət zamanı spiker Sahibə Qafarova Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçirilən bərpa və yenidənqurma işləri barədə məlumat verib. Bu işlərdə "ağıllı şəhər", "ağıllı kənd" konsepsiyalarının tətbiq olunduğu, bərpa olunan enerji mənbələrindən istifadə edildiyi diqqətə çatdırılıb. Bərpa işlərində Belarus şirkətlərinin də iştirakı ilə bağlı əldə olunmuş razılaşma yüksək qiymətləndirilib.

Görüşdə vurğulanıb ki, Azərbaycanla Belarus arasında iqtisadi-ticari sahələrdə əməkdaşlıq dinamik inkişaf edir, kənd təsərrüfatı, emal sənayesi və bir sıra digər sahələrdə daha da yüksək nəticələr əldə etmək üçün yaxşı imkanlar mövcuddur.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezidentin sosial media hesablarında Vətən müharibəsi ilə bağlı videoçarx paylaşılıb
Siyasət 20:05
Prezidentin sosial media hesablarında Vətən müharibəsi ilə bağlı videoçarx paylaşılıb
Beynəlxalq axtarışa verilən türkiyəli jurnalist Azərbaycandan üzr istəyib
Siyasət 19:46
Beynəlxalq axtarışa verilən türkiyəli jurnalist Azərbaycandan üzr istəyib
Ceyhun Bayramov Banqladeşin xarici işlər üzrə dövlət naziri ilə görüşüb
Siyasət 18:06
Ceyhun Bayramov Banqladeşin xarici işlər üzrə dövlət naziri ilə görüşüb
Ramiz Mehdiyev YAP-dan çıxarılıb
Siyasət 17:03
Ramiz Mehdiyev YAP-dan çıxarılıb
Şəhid ailələri və müharibə əlillərinin mənzil təminatının maliyyələşmə müddəti uzadılıb
Siyasət 16:58
Şəhid ailələri və müharibə əlillərinin mənzil təminatının maliyyələşmə müddəti uzadılıb
Türkiyəli jurnalist Azərbaycanda hakimiyyəti ələ keçirməyə çağırışda ittiham olunur
Siyasət 15:03
Türkiyəli jurnalist Azərbaycanda hakimiyyəti ələ keçirməyə çağırışda ittiham olunur
İrandan Azərbaycana 35 kiloqram narkotikin keçirilməsinin qarşısı alınıb
Siyasət 14:31
İrandan Azərbaycana 35 kiloqram narkotikin keçirilməsinin qarşısı alınıb
Əliyev Gürcüstanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 13:17
Əliyev Gürcüstanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib
Zahid Oruc: Süni intellekt dövlət qulluqçusunu əvəz edə bilməz
Siyasət 11:47
Zahid Oruc: Süni intellekt dövlət qulluqçusunu əvəz edə bilməz
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol