• $
  • €
  • ₽
  • ₺
  • £

Ceyhun Bayramov BMT QAK-ın Azərbaycandakı nümayəndəsini qəbul edib

Ceyhun Bayramov BMT QAK-ın Azərbaycandakı nümayəndəsini qəbul edib
31.07.2024 19:55
İyulun 31-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəsi Bik Lumu qəbul edib.Bu barədə XİN-dən bildirilib.

Görüşdə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı ilə əməkdaşlıqdan irəli gələn məsələlər, habelə regionda cari vəziyyət ətrafında fikir mübadiləsi aparılıb.

Nazir Ceyhun Bayramov keçmiş Ermənistan-Azərbaycan münaqişəsinin humanitar nəticələrinin aradan qaldırılması, Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində qaçqın və məcburi köçkünə çevrilmiş vətəndaşlarımızın həyat şəraitinin yaxşılaşdırılması istiqamətində BMTQAK ilə həyata keçirilən birgə layihələrin əhəmiyyətini qeyd edib.

Vətəndaşların işğaldan azad olunmuş ərazilərə ləyaqətli qayıdışının təmininə istiqamətlənən "Böyük Qayıdış” proqramının Azərbaycan üçün əsas prioritetlərdən biri olduğunu diqqətə çatdırılıb və bu sahədə görülən işlər barədə qarşı tərəfə məlumat verilib.

Nazir Ceyhun Bayramov həmçinin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq işləri ilə bağlı qarşı tərəfi məlumatlandıraraq, COP29 çərçivəsində əməkdaşlıq imkanları nəzərdən keçirilib.

Azərbaycanlı məcburi köçkünlər üçün son 30 il ərzində çoxsaylı layihələr həyata keçirildiyi, onların öz yurdlarına qayıdışının təmin olunması, eləcə də ANAMA ilə birgə humanitar minatəmizləmə sahəsində maarifləndirmə işi ilə bağlı təmsil etdiyi qurum tərəfindən dəstək göstərilməsinə hazır olduqları BMT nümayəndəsi tərəfindən qeyd edilib.
 
Görüş zamanı həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezidentin sosial media hesablarında Türkmənistana işgüzar səfəri ilə bağlı videoçarx paylaşılıb
Siyasət 20:33
Prezidentin sosial media hesablarında Türkmənistana işgüzar səfəri ilə bağlı videoçarx paylaşılıb
Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb
Siyasət 16:36
Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb
İlham Əliyev və Pezeşkianla görüşüb
Siyasət 16:07
İlham Əliyev və Pezeşkianla görüşüb
Milli Məclisin növbəti iclasının gündəliyinə 13 məsələ daxil edilib
Siyasət 14:40
Milli Məclisin növbəti iclasının gündəliyinə 13 məsələ daxil edilib
Əliyev: Xəzərin dayazlaşması ilə bağlı təşəbbüsümüzün aktuallığı təsdiqlənib
Siyasət 13:57
Əliyev: Xəzərin dayazlaşması ilə bağlı təşəbbüsümüzün aktuallığı təsdiqlənib
MDB-yə sədrlik 2027-ci il yanvarın 1-dən Özbəkistana keçəcək
Siyasət 13:33
MDB-yə sədrlik 2027-ci il yanvarın 1-dən Özbəkistana keçəcək
Putinlə Əliyevin görüşü olub
Siyasət 12:46
Putinlə Əliyevin görüşü olub
Əliyev: Azərbaycan 2028-ci ildə MDB-yə sədrlik etməyə hazırdır
Siyasət 11:06
Əliyev: Azərbaycan 2028-ci ildə MDB-yə sədrlik etməyə hazırdır
Prezident iclasda iştirak etmək üçün “Avaza” Kompleksinə gedib
Siyasət 09:31
Prezident iclasda iştirak etmək üçün “Avaza” Kompleksinə gedib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol