• $ 1.7
  • € 1.7517
  • ₽ 1.7594
  • ₺ 0.0472
  • £ 2.1013

Sosial şəbəkədə olan bütün görüntülər araşdırılacaq - MSK

Sosial şəbəkədə olan bütün görüntülər araşdırılacaq - MSK
04.09.2024 18:10
Sosial şəbəkədə olan bütün görüntülər araşdırılacaq. Bunu Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov deyib.

Onun sözlərinə görə, milyonlarla insanın iştirak etdiyi tədbirdə hansısa pozuntunun baş verməsi təbiidir.
 
"MSK hər zaman eyni prinsiplə işləyib. Bizim haqqımızda nə deyilir, nə yazılır qəti bizim üçün əhəmiyyəti yoxdur. Bizə lazımdır ki, Azərbaycan vətəndaşları görsün ki, qəbul etdiyimiz qərarlar əsaslandırılmış qərarlardır. Hansısa məmtəqədə pozuntu halı ilə bağlı bizə müraciət daxil olmayıbsa, biz onunla bağlı qərar qəbul edə bilmərik. Biz işimizi yüksək səviyyədə görəcəyik. Hesab edirəm ki, Azərbaycan cəmiyyəti bizim işimizi qiymətləndirəcək. Sosial şəbəkədə olan bütün görüntülər araşdırılacaq.   Bu qədər kamera qarşısında danışırıq ki, sabah heç kim  deməsin  MSK-da məsələləri gizli araşdırır”,  - Pənahov bildirib. 

Sentyabrın 1-də Azərbaycanda növbədənkənar parlament seçkiləri keçirilib. Seçkilərin gedişini 112 min 749 yerli müşahidəçi  müşahidə edib. Onlardan 65 mindən çoxu siyasi partiyaların nümayəndələri olub. 
 
Qeydə alınan beynəlxalq müşahidəçilərin sayı 598 nəfər olub ki, onlar 51 təşkilatı, 69 ölkəni təmsil edib. Parlament seçkilərində qeydə alınan 990 namizəddən 305-i 25 siyasi partiyanın nümayəndəsi olub. 
 
371 nəfər siyasi partiyaların üzvü olsa da bitərəf kimi namizədliyini irəli sürüb. Ümumilikdə 676 namizədin siyasi partiya mənsubiyyəti olub. 
 
ATƏT seçkiləri beynəlxalq standartlara və qurumun tələblərinə uyğun keçirilmədiyini bildirib. 
 
N.Təbrizli



www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Rusiyalı deputatın Azərbaycana girişinə qadağa qoyulub
Siyasət 14:39
Rusiyalı deputatın Azərbaycana girişinə qadağa qoyulub
Putin təyyarə qəzası ilə bağlı açıqlama verməyi planlaşdırmır
Siyasət 15:17
Putin təyyarə qəzası ilə bağlı açıqlama verməyi planlaşdırmır
Azərbaycan XİN Rusiyadan  Bakıda
Siyasət 15:22
Azərbaycan XİN Rusiyadan Bakıda "Rus evini" bağlamağı tələb edib
Şahnaz Bəylərqızı 3 ay 15 gün müddətinə həbs edilib
Siyasət 15:16
Şahnaz Bəylərqızı 3 ay 15 gün müddətinə həbs edilib
Nazir Prezidentin köməkçisi təyin olunub - Sərəncam
Siyasət 17:26
Nazir Prezidentin köməkçisi təyin olunub - Sərəncam
Paşinyan Azərbaycana yeni münasibətlərə başlamağı təklif edir
Siyasət 14:00
Paşinyan Azərbaycana yeni münasibətlərə başlamağı təklif edir
AZAL təyyarəsini Rusiya tərəfi vurub, Azərbaycanın əlində raketin qalıqları var -  Reuters
Siyasət 21:23
AZAL təyyarəsini Rusiya tərəfi vurub, Azərbaycanın əlində raketin qalıqları var - Reuters
Deputat təklif edir ki, 28 maya qədər amnistiya aktı hazırlansın
Siyasət 12:15
Deputat təklif edir ki, 28 maya qədər amnistiya aktı hazırlansın
Ermənistan silahlanacaq və Konstitusiyasını dəyişməyəcək - Paşinyan
Siyasət 18:10
Ermənistan silahlanacaq və Konstitusiyasını dəyişməyəcək - Paşinyan
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol